Daxili Qoşunların komandanı: “Azad olunmuş ərazilərdə bütün tapşırıqlar icra edilib” - FOTO


Daxili Qoşunların Baş İdarəsində “2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında” Hərbi Şuranın iclası keçirilib.
Sumqayit.tv
-in məlumatına görə Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov bildirib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti ötən il ərzində təhlükəsizliyin təmin olunması, mühüm obyektlərin mühafizəsi, eləcə də digər vəzifələri, işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş tapşırıqlar icra edilib.
2022-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunları barədə Daxili Qoşunlar komandanının 1-ci müavini - qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.
Qeyd olunub ki, il ərzində qoşunlar “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının, “Formula-1” Azərbaycan Qran-Pri yarışının və digər mühüm beynəlxalq səviyyəli tədbirlərin, futbol oyunlarının keçirilməsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb olunub. Bu tədbirlər zamanı, həmçinin işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin istehkamçı yarımqrupları tərəfindən də onlara həvalə edilmiş aidiyyəti xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib.
Keçən il ərzində qoşunlarda döyüş təlimi müvafiq direktivin tələbləri əsasında keçirilib, hərbi qulluqçuların komandir, ixtisas, atəş və fiziki hazırlıq səviyyəsinin təkmilləşdirilməsi təmin olunub. Daxili Qoşunların hərbi hissələri və ərazi polis orqanlarının birgə fəaliyyətinin və koordinasiyasının təkmilləşdirilməsi məqsədi ilə birgə xüsusi-taktiki təlim məşqləri təşkil olunub.
Həmçinin ötən il ərzində Daxili Qoşunlarda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı tədbirlərin ardıcıllıqla davam etdirilməsi, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması və hərbi qulluqçuların zəruri tələbatlarının təminat normalarına uyğun təmin olunması da diqqətə çatdırılıb.
Daha sonra bir neçə hərbi hissə komandiri və onların müavinlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib.
Sonda iclasa yekun vuran general-leytenant Ş.Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinin bundan sonra da müəyyən edilmiş vəzifələri, habelə qarşıya qoyulacaq tapşırıqları tam həcmdə və əzmlə yerinə yetirəcəyinə əminliyini ifadə edib, hərbi qulluqçulara fəaliyyətlərində uğurlar arzulayıb.



12-01-2023, 16:50 268

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041