Rusiyadan Türkmənçay müqaviləsi ilə bağlı təxribatçı plan-deputatdan mühüm təklif


“Türkmənçay anlaşmasının adı gələndə mən o sənədi də, imzalandığ günü də lənətləməyə bilmirəm. Təkcə ona görə yox ki, Türkmənçay anlaşmasıyla Rusiya imperiyasına qarşı ən çox dirəniş gösətərən iki xanlığımızın, qadınlarımızın da kişilərlə çiyin-çiyinə vuruşduğu İrəvanla Naxçıvanın işğalı rəsmiləşdirilərək Azərbaycan iki yerə bölündü. Həm də ona görə ki, Qərbi Azərbaycanın azərbaycanlılarsızlaşdırılmasının himi də əslində o sənədlə qoyuldu”.
Sumqayit.tv-in
məlumatına görə, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Deputat ardınca bunları bildirib: “Gəlin hər şeyi öz adıyla çağıraq, bizim sözügedən torpaqlarımızın azərbaycanlılarsızlaşdırılması, türksüzləşdirilməsi, haylarlıq məsələ deyil. Bu, hayları öncə həmən torpaqlara yerləşdirməklə, sonra da onların əli ilə edilən 160 illik bir prosesdir. Və bu prosesi reallaşdıran Rusiyadır. İndi həmən Rusiyanın MDB, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlq üzrə dövlət agentliyi(Rossotrudniçestvo) fevralın 20-də İrəvanda lənətə gəlmiş Türkmənçay anlaşmasının 195 illiyi ilə bağlı konfransa hazırlaşır. Konfrans “Şərqi Ermənistan”ın Rusiya imperiyasının tərkibinə qatılması adı altında keçiriləcək. "Şərqi Ermənistanın ha. O, necə “Şərqi Ermənistan" idi ki, hay tarixçisi Corc Burnutyan belə 1828-ci ildə həmən orada yaşayanların cəmisi 20 faizinin soydaşları, daha dəqiqi dindaşları olduğunu bildirir. Onu da yazır ki, İrəvanla Naxçıvan xanlıqlarının işğalından cəmi 4 il sonra I Nikolayın artıq "erməni vilayəti" adlandırdığı həmən torpaqlarda türklərlə dindaşlarının sayı bərabərləşib. Və qeyd edir ki, bu, türklərin üçdən birinin öz yurdlarını tərk etməsi və hayların İrandan ora kütləvi köçürülmələri nəticəsində baş vermişdi”.
S.Alıyev qeyd edib ki, işğaldan öncə İrəvan və Naxçıvanda yaşayan xristianların çoxu hay deyildi, ərmənlər, yəni xristian qıpçaqlar idi: “İndinin özündə belə, Ermənistan adlanan yerdə kəndlər var ki, əhalisi hay yox, qıpçaq olduqlarını bildirirlər.
Yəni deməyim budur ki, 195 il öncə Qərbi Azərbaycanın Azərbaycansızlaşdırılması və azərbaycanlılarsızlaşdırılması prosesini başladanlar keçirməyə hazırlaşdıqları konfransla hayları o torpaqların avtoxton əhalisi kimi sırımağa çalışırlar. Özü də elə bir vaxtda ki, həmən “Şərqi Ermənistan”da Rusiya hərbçiləri işğalçı adlandırılaraq oradan rədd olub getmələri tələb edilir”.
Deputatın sözlərinə görə, çox ehtimal ki, İranda da Türkmənçay anlaşmasının 195 illiyi ilə bağlı hansısa təxribatlar olacaq: “Ona görə də, çox yaxşı olardı ki, bizdə də o lənətə gəlmiş sənədlə bağlı əsl həqiqətin açıqlanacağı beynəlxalq konfrans təşkil edilsin. Və hər kəs görsün ki, Türkmənçay anlaşması ikiyə bölünmüş Azərbaycan və Qərbi Azərbaycan məsələsidir”.
/Musavat.com/

18-01-2023, 11:10 148

Digər xəbərlər

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972