Naxçıvanda aksizsiz tütün məmulatları və spirtli içkilər dövriyyədən çıxarılıb.Sumqayit.tv xəbər verir ki, MR DİN-in Cinayət Axtarış İdarəsinin əməkdaşları "Çəmən" marketdən satışı qadağan edilmiş aksiz markasız spirtli içkilər və tütün məmulatları aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.
Bu kimi tədbirlərin davamı olaraq Şərur Rayon Polis İdarəsinin əməkdaşları da Siyaqut kəndində kiçik biznes fəaliyyəti ilə məşğul olan vətəndaşdan aksizsiz müxtəlif markalarda siqaretlər aşkarlayaraq götürüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.