Xəzərdə son durum: suyun azalma səbəbləri...


Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı yeni görüntülər yayılıb.
Sumqayit.tv
xəbər verir ki, sakinlər Xəzər dənizinin Bayraq meydanı hissəsindən video çəkərək, suyun azalmasına görə narahatlıq keçirdiklərini bildiriblər.
Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun alimi Səid Səfərov son zamanlar belə hallara tez-tez rast gəlindiyini bildirib:
"Hazırda Xəzər dənizində suyun səviyyəsi azalmaqda davam edir. Bu, dünən, ya da bu gün meydana gələn problem deyil. Problemin baş qaldırmasına bir çox amillər səbəb olur:
1. Xəzərə tökülən suyun səviyyəsinin azalması antropagen təsirlər və qlobal istiləşməyə görədir ki, buxarlanma artıb. Başqa bir səbəb isə sudan istifadənin həddən artıq olmasıdır. Hava istiləşdiyi üçün əkin sahələrində suya daha çox ehtiyac yaranıb.
2. Buxarlanmanın səviyyəsi artıb. Bu da yenə qlobal istiləşmə ilə əlaqədardır. Həm də ki, küləyin sürəti azalıb və istiqaməti dəyişib. Bu da problemi ortaya çıxaran əsas amillərdəndir".
Səid Səfərov Xəzərdə suyun azalmasının qarşısını müəyyən profilaktiv tədbirlərlə almağın mümkünlüyünü də vurğulayıb:
"Suyun səviyyəsini qismən də olsa normallaşdırmaq üçün Xəzərə tökülən Volqa, Kür, Ural, Terek çaylarından istifadə son dərəcə nəzarət altında olmalıdır. Suyu Kürdən açırlar, əkin sahələrini suvarırlar. Buna görə də damcı sulama üsuluna keçmək lazımdır. Əgər fikir vermisinizsə, neçə illərdir yay aylarında Kürün suyu elə olur, gəlib Xəzərə çata bilmir. Nəticədə suyun miqdarı azalır. Havanın istilik dərəcəsi də çox olduğu üçün buxarlanma artır. Xəzər qapalı su hövzəsidir. Onun okeanla əlaqəsi olmadığı üçün o özünü ona tökülən çayların su balansı ilə müəyyənləşdirir". /Axar.az/

31-01-2023, 10:11 165

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041