Gənclər üçün milli-mənəvi dəyərlər və monolit ailə institutu mövzusunda növbəti təlim Şirvanda keçirildi



“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda gənclər üçün “milli-mənəvi dəyərlər və monolit ailə institutu” mövzusunda növbəti maarifləndirici təlim kursunu Şirvan şəhərində keçirdi.
Şəhər icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş, GİKM nümayəndəliyi və digər aidiyyətli struktur təmsilçilərinin iştirakı ilə Şirvan Gənclər Evində təşkil olunan təlimə 30 nəfər yerli gənc cəlb olunmuşdu. İştirakçılar təlim vasitələri (loqolu qovluq, bloknot və qələm) və mövzuya dair İB tərəfindən hazırlanan kitabça ilə təmin olundular.   
Açılışda Şirvan şəhər icra hakimiyyətinin baş məsləhətçisi Rafael Nəsirov, şəhər gənclər və idman idarəsinin rəisi Samit Həsənov çıxış edərək, bu maarifləndirici layihənin və təlimin bölgə gəncləri üçün fayda, əhəmiyyətini müsbət qiymətləndirdilər və erkən və qohum nikahlarla mübarizə və bu istiqamətdə milli-mənəvi dəyərlərin gənclər arasında təbliği sahəsində şəhərdə görülən işləri qeyd etdilər.
ADTGT sədri Asif Əsgərli, layihə rəhbəri, ADTGT icraçı direktoru Gülnarə Bağırova layihəyə və təlimin təşkilinə dəstək verən AGF-na və Şirvan şəhər icra hakimiyyətinə öz təşəkkürünü bildirərək, 3 ay ərzində Salyan, Biləsuvar, Neftçala rayonu və Şirvan şəhəridə icra olunan layihənin erkən və qohum nikahların gənclərə, onların milli-mənəvi, tibbi-psixoloji, sosial-hüquqi durum və vəziyyətinə, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizə və bu sahədə vacib alət və mexanizmlər olaraq milli-mənəvəi dəyərlər və ailə ənənələri aşılanmasından danışdı. 
Təlim ekspert Asif Əsgərlinin təqdimatı ilə proqrama uyğun aparıldı və interaktiv, iştirakçıların da fəal iştirakı ilə davam etdirildi. Mövzulara aid verilən zəngin informasiya ilə yanaşı region gənclərinə müxtəlif qrup tapşırıqları, çıxış, fikir və təqdimatlarını da göstərmək imkanları yaradıldı. 2 gün davam edən təlimin sonunda qiymətləndirmə aparıldı və iştirakçılar sertifikatlarla təltif olundular.
Layihədə Gənclərin İnkişaf və Karyera Mərkəzi, yerli nümayəndəliklər tərəfdaş kimi iştirak edirlər.

ADTGT İctimai əlaqələr və informasiya departamenti   

















4-02-2023, 10:17 132

Digər xəbərlər

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972