Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Təzəpir məscid kompleksinə rəis təyin edib.
Sumqayit.tv Qaynarinfo.az-a istinadən xəbər verir ki, QMİ-nin İrandakı nümayəndəsi Hacı Şamil Rəsulov Təzəpir məscid kompleksinin rəisi təyin olunub.
Qeyd edək ki, Şamil Rəsulov 2014-cü ildə QMİ Qazılar Şurasının üzvü, Fətva şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq, idarənin İranda nümayəndəsi təyin olunmuşdu.
Xatırladaq ki, Təzəpir məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev 08.11.2022-ci ildə 65 yaşında dünyasını dəyişib.