Cəlilabadda Gənclər Fondunun dəstəklədiyi layihənin təlimi keçirilib - FOTO


09 fevral 2023-cü ildə Cəlilabad şəhərində "Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən "Ətraf mühitin qorunmasında gənclərin ictimai fəallığının artırılması” layihəsinin ikinci təlimi keçirilib.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla, 20 dekabr 2022-ci ildən 20 mart 2023-cü il tarixləri əhatə edir.

Bu barədə Asiya.az-a məlumat verən "Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Raci Səfərov qeyd edib ki, layihənin məqsədi  ətraf mühitin qorunmasında və bərpasında gənclərin ictimai faəllığının artırlmasına dəstək olmaqdır. Təlim Cəlilabad Rayon İcra Hakimiyyətinin texniki-təşkilatı dəstəyi ilə 22 nəfər gəncin iştirakı ilə keçirilib. Təlim zamanı iştirakçılara ekoloji vəziyyət və ekoloji siyasət, ekoloji sistem, ətraf mühit, ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanması, təbii sərvətlər və onlardan səmərəli istifadə, qlobal, regional, milli və lokal ekoloji problemlər və onların həlli yolları mövzularında məlumatlar verililib, video-roliklər nümayiş etdirilərək-iştirakçılarla birgə müzakirələr aparılıb.Təlim zamanı iştirakçıların diqqətinə çatdırlmışdır ki, Yer kürəsində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkədə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır.Ölkə ərazisinin 12 %-i meşə ilə örtülüdür, ümumi ərazinin 10,3 %-ni isə xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir.Respublikada 10 Milli Park, 10 təbiət qoruğu və 24 təbiət yasaqlığı mövcuddur. Ölkəmizdə ekoloji vəziyyəti gərginləşdirən amillər kimi isə,  Qarabağ İqtisadi rayonunda sərvətlərimizin talan olunması, su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların düzgün idarə (utilizə) olunmaması əsas ekoloji problemlər kimi göstərilibdir.Eyni zamanda bu gün 60-cı günü tamam olan Laçın-Şuşa-Xankəndi yolundakı aksiyada gənc eko-fəalların qarlı-şaxtalı havada, fədakarlıqla iştirakı barədə məlumat verilibdir.Təlimdə fəxri qonaq kimi Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov fəxri qonaq kimi iştirak edibdir.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Tədbir müstəqil sosial təlimçi Afiq Məlikov tərəfindən idarə olunub. 
Cəlilabadda Gənclər Fondunun dəstəklədiyi layihənin təlimi keçirilib - FOTO
 

 
Cəlilabadda Gənclər Fondunun dəstəklədiyi layihənin təlimi keçirilib - FOTO
 

10-02-2023, 10:33 150

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041