“Qanlı Göl”ə yeni həyat verilir - Göl ətrafında yaşayış kompleksinin layihəsi reallaşır - FOTO


Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən "Qanlı göl" ətrafında həyata keçiriləcək layihənin növbəti ictimai dinləməsi keçirilib.  Agentliyin konfrans zalında təşkil olunan tədbirdə şirkətlərin, dövlət qurumlarının, QHT, KİV və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə ərazi üzrə ətraf mühitin mühafizəsi, habelə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi aparılıb.
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov "Qanlı Göl" ətrafında həyata keçiriləcək layihənin ətraf mühitə təsirləri barədə məlumat verib. "Burada tullantıların idarə olunması, texniki və içməli suya qənaət edilməsi kimi məsələlər mühüm əhəmiyyət kəsb edir. Layihənin müzakirəsinin geniş şəkildə həyata keçirilməsi, müqayisəli təhlillərin aparılması, ekspertlərin fikirləri həm layihənin uğurla icrasına, həm də gölün ekoloji vəziyyətinin daha da yaxşılaşmasına imkan verəcək. "Qanlı göl"ün reabilitasiyasından danışırıqsa, çirklənmə mənbələri, gölün qida mənbəyi, ətraf mühitinin əvvəlki və hazırkı vəziyyəti, gölün ətrafında salınan yaşıllıqların iqlim şəraitinə münasibliyi araşdırılmalıdır. Göl çirklənibsə, dib çöküntülərinin eko-radioloji monitorinqi aparılmalıdır. Lazım olan tələblər, standartlar üzrə layihə ortaya qoyularsa, hər bir detalın müzakirəsi aparılmalı və hərtərəfli danışıqlar olmalıdır", - deyə M.Qənbərov bildirib.
"Qanlı göl" ətrafında reallaşacaq layihə barədə ətraflı məlumat verən şirkətin direktoru İbrahim Dostuməliyev bildirib ki, paytaxtın Yasamal rayonunda 27 hektar ərazidə böyük bir yenidənqurma işləri əsasında yaşayış kompleksinin inşası planlaşdırılır. Bununla yanaşı, "Qanlı göl" ətrafında 32 hektar ərazi və şamlıq zonadan ibarət 6 hektarlıq park layihələndirilib. Layihə yeni, müasir standartlara cavab verən mütərəqqi landşaft layihələri əsasında işlənilib.
Sonra landşaft memarı Başak Taş Özdemir layihənin təqdimatını edib.
Çıxış edən digər mütəxəssislər gölün estetik görkəminin pozulmaması, gölün su balansının tənzimlənməsi, bütün ekoloji tələblərə riayət olunmasından sonra layihəyə başlanmasının mümkünlüyünü qeyd ediblər.






24-02-2023, 18:19 183

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041