11 illikdən kolleclərə qəbul olunmuş abituriyentlərin elektron qeydiyyatına start verilir

 

Sumqayit.tv xəbər verir ki, sentyabrın 14-dən ali təhsilin bakalavriat səviyyəsi üzrə əlavə ixtisas seçimində uğur qazanmış və 11 illik bazadan orta ixtisas təhsili pilləsinə qəbul olunmuş abituriyentlərin təhsil müəssisələrinə elektron qeydiyyatına start verilir.

 
Müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur.
 
Portalda ödəniş addımı yalnız müəssisə təqdim edilmiş sənədləri yoxlayıb “ödəniş edilməlidir” statusu təyin etdikdən sonra görünür. Daha tez ödəniş etmək istəyən abituriyentlər gpp.az, xidmətindən istifadə etdiyi bankdakı şəxsi kabinetindən və ya banka yaxınlaşaraq ödəniş edə bilərlər.
 
Təhsil müəssisələrinə elektron qeydiyyat üçün son tarixlər:
  • 9 illik bazadan kolleclərə qəbul olunan abituriyentlər üçün 22 sentyabr saat 23:59;
  • 11 illik bazadan kolleclərə qəbul olunan abituriyentlər üçün 24 sentyabr 23.59;
  • Bakalavriat səviyyəsinə ixtisas seçimində uğur qazanmış abituriyentlər üçün 19 sentyabr 23.59;
  • Bakalavriat səviyyəsinə əlavə ixtisas seçimində uğur qazanmış abituriyentlər üçün 20 sentyabr 23.59.
Qeyd edək ki, müəyyən olunmuş müddətdən sonra müraciətlərin göndərilməsi mümkün olmayacaq və qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

15-09-2021, 11:00 185

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041