Generaldan ASALA ilə bağlı ŞOK AÇIQLAMA - Azərbaycan və Türkiyə...


"ASALA 1975-ci ildə Livanda yaradılan terror təşkilatıdır. Bu təşkilat "Ermənistanın xilası üçün erməni gizli ordusu" anlamı daşıyır. Ermənistanın xilasına gəlincə, məhz həmin dövrdə Ermənistanı kimdən və nədən xilas edəcəkləri məsələsi isə müəmmalıdır".
Bu fikirləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

YUCEL.jpeg (71 KB)

General bildirib ki, həmin təşkilat Türkiyə səfirliklərinə, Türkiyənin təşkil etdiyi tədbirlərə qarşı, ən əsası, insanların çoxluq təşkil etdiyi yerlərə terror aktları həyata keçirməklə tanınıb:
"ASALA-nın məqsədi "Tam Müstəqil bir Ermənistan" qurmaq idi. Onlar "Böyük Ermənistan" xülyasını reallaşdırmağa cəhd edirlər. Ümumiyyətlə, ermənilər ölkələri, bayraqları üçün mübarizə apararaq, hansısa çətinliyə sinə gərmiş bir cəmiyyət olmayıb. Bu xalqın tarixinə nəzər yetirsək, onların ən yaxşı gördükləri iş silahsız, günahsız və müdafiəsiz mülki insanları öldürmək, onlara zərər yetirməkdir. Sözdə ASALA 1985-ci ildən bu yana heç bir terror əməliyyatı etməsə də, özünü buraxdığını da bəyan etməyib. Bu terror təşkilatı ABŞ daxil olmaqla, bir çox ölkədə terror təşkilatı kimi siyahıya alınsa da, həm iqtisadi, həm təlim yönündə, həm də varlıqlarını davam etdirmələri üçün bütün imkanları var və himayə olunmaqdadır".
Yücel Karauz VOMA terror təşkilatından da danışıb:
"2014-cü ildə qurulan VOMA terror təşkilatı istər II Qarabağ müharibəsində, istərsə də 24 saatlıq antiterror tədbirlərində düşmən tərəfdən aktiv olaraq iştirak etdi. Bu təşkilat ASALA-nı əvəz etmək üçün yaradılıb. Biz VOMA-nın təlimlər keçirdiyini və bu təşkilata dəstək verildiyini açıq-aydın görürük. Amma VOMA terror təşkilatının ASALA-nı əvəz etməsi təbii ki, vaxt alacaq, çünki bu proses asanlıqla olmur. Ən əsası, bu proses Qərb kəşfiyyat təşkilatının dəstəyini almadan, o cümlədən diaspora ermənilərinin maliyyə yardımı olmadan həyata keçirilə bilməz.

VOMA.png (740 KB)
VOMA-nın başda İrəvan olmaqla, hətta Zəngəzur bölgəsi də daxil, 17-18 yerdə təlim düşərgələri mövcuddur. Bu düşərgələrdə həyatda qalma, ilk yardım, mina yerləşdirmə, təxribat və təxribatların aradan qaldırılması kimi təlimlər verilməkdədir. Onların maliyyə dəstəkçisi diaspora erməniləridir, dəstəkləri isə Qərb kəşfiyyat idarələri".
"Bəs bu terror təşkilatı Azərbaycan və Türkiyəyə hansı təhlükəni törədə bilər?" sualına isə general belə cavab verib:
"VOMA və bənzər təşkilatlar şərti, sistemli müharibədə Türkiyə və Azərbaycana qarşı hansısa bir uğur qazana bilməzlər. 2014-cü ildə Ermənistan ordusuna dəstək olmaq üçün qurulan bu təşkilat II Qarabağ müharibəsinə təxminən 2 tabor şəxsi heyətlə qatıldı, lakin hansısa bir uğur əldə edə bilmədi, əldə etməsi mümkün deyil. Çünki belə terror təşkilatlarının müharibə şəraitində nizami ordu kimi döyüş tapşırıqlarını icra etmələrini gözləmək absurddur.
ASALA .png (1.19 MB)

Bir az Rusiya mənşəli hərbi şirkət "Vaqner"i, bir az da ABŞ mənşəli hərbi şirkət olan "Blackwater"i təqlid edərək Livan, Suriya və dünyanın bir çox yerində yaşayan xarici ölkə vətəndaşı olan ermənilərdən muzdlu şəkildə döyüşəcək adam yığmaqla hansısa uğur əldə edə bilməyiblər. Hazırkı vəziyyətdə Türkiyə və Azərbaycana qarşı hər hansı bir fəaliyyət göstərəcəklərini zənn etmirəm.
ASALA-nın etdiyi kimi, Türkiyə və Azərbaycan səfirliklərinə qarşı, xaricdəki diaspora təşkilatlarımıza qarşı yönəlmiş sui-qəsd və bombalama fəaliyyətləri həyata keçirə bilərlər. Əlavə olaraq, Türkiyədə yaşayan ermənilər və ya satqınlar, o cümlədən Azərbaycandakı əlaltıları olan şəxslər vasitəsi ilə də həm Türkiyədə, həm də Azərbaycanda bombalı təxribatlar, adam qaçırma və sui-qəsdlər, eləcə də buna bənzər terror hadisələri törədə bilərlər. Bu, onların imkanları daxilində reallaşa biləcək ehtimallardır.
Türkiyə və Azərbaycan bu cür təşkilatların beynəlxalq terror təşkilatı kimi tanınması və siyahıyalınması üzrə işləri daha da sürətləndirməlidir. Necə ki, üzərindən 30 il keçməsinə baxmayaraq, Azərbaycan Qarabağdakı separatçıları işlədikləri hərbi cinayətlərə görə Bakıya gətirib ədalət qarşısına çıxarır, bu terror təşkilatlarının etdiyi terror fəaliyyətlərinin də siyahıya alınaraq sübut halına gətirilməsi vacibdir. Türkiyə və Azərbaycan bu istiqamətdə birlikdə işləməlidir. Heç kim Azərbaycanı bu zəfər yolundan, bərabər qalxan Dəmir Yumruqdan geri qoya bilməz. Bu kimi təşkilatların etdiyi dırnaqarası təxribatlar mənəvi dəyərlərə və psixologiyaya təsir etmək üçün edilən işlərdir. Mən əminəm ki, tək millət, tək diaspora anlayışı və fəlsəfəsi ilə xaricdə və ölkə daxilində bu kimi təxribat fəaliyyətlərinin qarşısı alınacaq.
Musavat.com

7-10-2023, 14:00 163

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964