Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında sabah saat 10:15-də keçiriləcək.Axar.az xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsini hakimi Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.