Bu bürc sahiblərini gəlirli və xoş günlər gözləyir


Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir.
Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz falı ilə digər yaş qrupunda olan insanlar da az maraqlanmır.
Hər kəs doğularkən onun anadan olduğu günə uyğun bürclər dayanır. Qoroskopa görə, insan xüsusiyyətləri də məhz həmin bürclərə uyğun formalaşır.
Bəs hansı bürc sahibləri daha çox qazana biləcəklər?
Gənc yaşlarından Qoçlar riski sevirlər. Sahibkar olan Qoçlar yeni sərmayələr qoymaq və riskli yollarla pul qazanacaqlar. Bu bürc sahiblərinin uğuru özünə inamı artırac. Kiçik bir şey də olsa, öz işinin başında olmaq, rəis olmaq, azadlığını qorumaq istəyirlər. Davamlı olaraq müxtəlif işlər görmək bacarığı Qoçlara daha çox şans verəcək.
Bürcün bankir arxetipi kimi tanınan Buğalar son dövrlər maliyyə məsələlərində çox ehtiyatlı, səbirli və planlı olmalıdırlar.
Borc almağı sevməyən Buğadan borc istənilməsi də narahatlıq yaradır. Heç kimə ehtiyac duymadan yaşamaq üçün müxtəlif resurslar yaradır və istifadə edir.
Buğa bürcü nə qədər pul qazansa da, özünün maddi imkanları ilə eyniləşdirsə də, özünü göstərməyi sevmir. Daşınmaz əmlak və torpaq alqı-satqısında Buğa bürcündən olanlar uğurlar qazanacaqlar. İncəsənətə və sənət əsərlərinə maraq göstərdiklərindən, bu sahədə uğur qazana bilərlər.
Əkizlər həyatın digər sahələrində olduğu kimi uzun-uzadı düşünməyi və pulla bağlı planlar qurmağı sevmirlər. Uyğunlaşma qabiliyyəti çox yüksək olduğundan, dəyişən maliyyə vəziyyətlərinə asanlıqla uyğunlaşa bilmələri onların üstünlüyüdür.
Başqa sözlə, maliyyə imkanlarında baş verən dəyişikliklər Əkizlər bürcünə ciddi təsir göstərməyəcək. Əslində rəqəmlərlə yaxşı münasibət quran Əkizlər, istəsələr, büdcələrini son dərəcə yaxşı idarə edə bilərlər. Ticarət üçün təbii istedada malik Əkizlər xüsusilə bu sahədə yaxşı pul qazana bilərlər.
Əkizlər yeni tendensiyaları çox yaxşı təqib edə bildiyi üçün, bu istiqamətdə irəliyə hesablanmış kommersiya planları və kommersiya strategiyaları ilə uğur qazanacaqlar.
Xərçəngin intuisiyası çox güclü olduğundan, iqtisadi meyllərdəki dəyişiklikləri əvvəlcədən hiss etmək potensialına malikdir. Çox vaxt dəstəyə ehtiyacı olduğu kimi qəbul edilsə də, Xərçəng öz təhlükəsizliyini çox sevirş Maliyyə məsələlərində də çox diqqətlidirlər.
Həyatının maliyyə sahəsində planlaşdırma və həyata keçirməkdə həmişə uğur qazanırlar. Xərçəngin ən tipik investisiya vasitəsi daşınmaz əmlakdır. Onlar üçün də, gələcək günlərdə uğurlar az olmayacaq. Lakin çətinlikdən çıxmaq üçün çox səy göstərməlidirlər.
Səxavətli Şir üçün pula qənaət etmək demək olar ki, mümkün deyil. Ayrı-seçkilik etmədən bütün ehtiyacı olanlara kömək etsə də, özü də ehtiyac içində olmaqdan nifrət edir. Bu vəziyyətdə ən yaxın insanlardan belə kömək istəmək Şirlər üçün qəbuledilməzdir.
Şərəf və qüdrətini hər şeydən üstün tutan Şirlər qumardan və risk sevən pul oyunlarından kənar qalmalıdır. Çünki yaxın günlərdə şans onlardan üz çevirəcək. Pula ehtiyac duyacaqlar. Bir az qənaət etsələr yaxşıdır.
Şir bürcündən fərqli olaraq Qız bürcü risk etməyi sevmir. Qız bürcünün maliyyə gəlirləri kifayət qədər balanslı və sabitdir. İşləyib pul qazanmağı həyatın məqsədi kimi görən Qız bürcü bütün detalları gördükləri üçün səhv etmir. Ona görə də, bu bürc sahibləri qazancları az olsa da, ehtiyaclarını ödəyə biləcəklər. Bir az səbrli olsalar yaxşı olar.
Balans elementi olan Tərəzilər, həyatında maliyyə sabitliyinə də ehtiyac duyurlar. Bazarlıq etmədən heç nə almaq istəməyən Tərəzi bunu əslində prinsip olaraq edir.
İncəsənət və gözəllik planeti Venera tərəfindən idarə olunan Tərəzilər qiymətli daşlara, metallara, sənət əsərlərinə və əntiq əşyalara investisiya qoymağa üstünlük verirlər. Gərgin işləsələr sonra mütləq mükafat alacaqlar. Əməkləri əsla puç olmayacaq. İmkanları daha da yaxşılaşacaq. Gəlirləri artacaq.
Qətiyyətli və işgüzar bürc olan Əqrəb, qarşısına məqsəd qoyanda heç vaxt geri dönməz. Bürcün maliyyə məsələləri yaxşılığa doğru dəyişəcək.
Əqrəb analitik bacarıqları və intuisiyasının köməyi ilə maliyyə məsələlərində üstünlük qazanacaq. Məqsədinə çatana qədər qorxmayan və çətinliklərə dözməkdən çəkinməyən Əqrəb əslində gözəl şeyləri sevir.
Yaxşı evə, dəbdəbəli maşına sahib olmaq və gözəl geyinmək onun həyati məqsədləri arasındadır. Onları da gəlirli və xoş günlər gözləyir.
Oxatan isə maliyyə sahəsində çox optimistdir. Varsa xərcləyir, yoxsa oturur. Oxatan bürcləri həmişə maddi hədlərini aşmağa çalışırlar. Hər şeyi böyük ölçülərdə düşünən Oxatan böyük sərmayələr etməyi və böyük pullarla oynamağı xoşlayır.
Buna görə də riskləri böyüyür.Təhlükə son mərhələyə gəlib qapını döyənə qədər nikbinliyindən, ümidindən bir az da olsa itirməyən Oxatan həqiqətlə üz-üzə gələndə şoka düşür. Buna görə də, bu bürc sahibləri çox ehtiyaclı olmalıdırlar. Çünki kiçik diqqətsizlik həyatları bahasına başa gələ bilər.
Oğlaq qarışqa kimi işləyir. Bəzən sıx yumruqlu və hətta xəsis olaraq xarakterizə edilən Oğlaq, məsələlərə hakim olmağı sevən biridir. Oğlaq bürcünün risklərdən qaçma qabiliyyəti yüksəkdir. Ona görə də, təhlükəni əvvəldən görə bilirlər. Maddi sıxıntıları ola bilər. Özlərini və səhhətlərini qorusalar yaxşı olar.
Pulla heç bir əlaqəsi olmayan bürclərdən biri Dolçadır. Dolçaların ağlına pul ancaq texnologiyaya sahib olmaq istədikdə və ya humanitar məqsədlər üçün insanlara kömək etmək istədi ilə gəlir.
Demokratiyaya böyük əhəmiyyət verdiyi üçün həyatı boyu heç vaxt fərdi inkişaf və şəxsi zənginliyi hədəfləmir. Dolça bürcünün çox dəyişkən xərcləmə və qənaət vərdişi var. Bu səbəbdən də, onları çətin anlar gözləyir.
Antimaterialist kimi tanınan Balıqlar pulun varlığından belə xəbərsiz ola bilərlər. Həyatın reallıqlarından və ehtiyaclarından asanlıqla uzaqlaşa bilən Balıqlar, həyatı davam etdirmək üçün pulun gücünə ehtiyacı olduğunu anlayınca heyrətlənir.
Balıqların investisiyalarında yardıma ehtiyacı var. Maddi vəziyyətləri yaxşı olmayacaq. Bir az pula qənaət etsələr yaxşı olar.//BAKU.WS

20-10-2023, 13:30 142

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903