Erməni müğənni Ələkbər Tağıyevin mahnısını oğurladı

 

1968-ci ildə Azərbaycan radiosunun “Qızıl fondu”na daxil edilən görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” adlı musiqi əsərinin ermənilər tərəfindən “Garun” adı altında mənimsənilərək ifa edilməsi və Youtube-da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.
Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb. İfa olunan “Garun” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” musiqi əsəri ilə üst-üstə düşür. Bildiririk ki, “Sənə qurban” əsəri Ələkbər Tağıyevin Azərbaycan şairi Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi və ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilmiş mahnıdır. Bəstəkar Ə.Tağıyevin “Sənə qurban” mahnısı (sözlərin müəllifi kimi Mikayıl Müşfiqin adı göstərilib) 1978-ci ilin 10 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata alınıb.
Sonralar bu mahnı erməni müğənnilər Tiqran Asatryan, Spitakci Hayko, erməni əsilli İran-ABŞ pop ifaçısı Andranik Madadyan və başqaları tərəfindən erməni dilində "Garun" (azərb. Bahar‎) adı ilə ifa edilib.
Bütün arxiv sənədləri “Sənə qurban” mahnısının Azərbaycan müəlliflərinə məxsus olduğunu göstərir. Azərbaycanın xalq artisti Z.Xanlarova xarici ölkələrdə, o cümlədən Ermənistan da daxil olmaqla keçmiş SSRİ-nin hər bir respublikasında qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa edib.
Erməni əsilli ifaçı A.Madadyan isə Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” mahnısını mənimsəyərək onun sözlərini dəyişib və izi itirmək məqsədilə “Garun” (Bahar) adı ilə oxuyub. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir.
Youtube kanalında yerləşdirilmiş “Garun” adlı musiqi əsəri haqqında verilən məlumatda Ələkbər Tağıyevin adı göstərilməməklə müəllifin şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Ələkbər Tağıyevin əmlak hüquqları pozulmuşdur.
Qeyd etmək istəyirik ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır.//Olay.az

3-11-2023, 15:00 158

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 20:00
Dünən, 19:01
Dünən, 09:07
Dünən, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972