Sumqayıt sakini təmir etdiyi evdən 24 min manatlıq OĞURLUQ


Nərimanov rayonunda təmir etdiyi evdən oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı rayon ərazisində oğurluqlar edən daha 2 nəfər saxlanılıb.
Sumqayit.tv xəbər verir ki, Nərimanov rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq oradan ümumi dəyəri 24 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb. Zərərçəkən ev sahibi bu barədə polisə müraciət edəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ruslan Əzimov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib. Həmin şəxsdən oğurladığı qızıl-zinət əşyalarının bir hissəsi aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, Ruslan Əzimov oğurluq etdiyi evdə bir müddət əvvəl usta kimi işləyib. Bu səbəbdən mənzilə daxil olmağın yolları barədə onda məlumat olub.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində müxtəlif vaxtlarda bir kafedən 700 manat dəyərində televizor, eləcə də yeni tikilməkdə olan binaların birindən 1000 manat dəyərində təmir-tikinti alətləri oğurlayan Ümid Bayramov və Füzuli Hüseynov saxlanılıblar. Hər iki şəxs ifadələrində etdikləri oğurluqları etiraf ediblər.
Qeyd edilən oğurluq hadisələri ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb araşdırmalar davam etdirilir.
Gördüyünüz şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov Rayon Polis İdarəsi və ya ərazi üzrə polis orqanlarına müraciət edə bilərlər.

25-09-2021, 14:50 167

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041