Əhaliyə BƏD XƏBƏR: SMS qiymətləri 2 dəfə qaldırılır


“Azərbaycanın bank sektorunda xidmətlərin tariflərinin tənzimlənməsi, xərclərin azaldılması çox vacibdir”.
Bunu millət vəkili Vüqar Bayramov bildirib.
O qeyd edib ki, gələn aydan bəzi banklar SMS-məlumatlandırma xidmətini 2 dəfə bahalaşdıracaq:
“Bu gün xidmətindən istifadə etdiyim bankların birindən SMS aldım. Böyük ehtimalla həmin SMS bütün müştərilərə göndərilib. SMS-də deyilir ki, əgər müştəri debet kartına mədaxili və yaxud kredit ödənişini "MilliÖn" və digər ödəniş sistemlərinə məxsus aparatlarla həyata keçirsə, əməliyyatın məbləği 3 min manatdan artıq olsa, bunun 0,5 %-i qədər əlavə ödəniş edəcək.
Yəni həmin müştəridən 0,5 % əlavə xidmət haqqı tutulacaq. Biz bəzi bank xidmətləri üzrə tariflərin azaldılmasını deyil, əksinə artırılmasını müşahidə edirik. Halbuki, bunun üçün iqtisadi əsas yoxdur. Çünki mobil xərclərdə, kommunikasiya xərclərində artım yoxdur. Yəni, bank xidmətlərinin tariflərində artımların olmasını iqtisadi baxımdan əsaslandırmaq çox çətindir və praktiki olaraq mümkün deyil".
Qeyd edək ki, vətəndaşlar bu gün bankların kredit, xüsusilə də ipoteka kreditlərində faizlərin yüksək olmasından şikayətlənirlər. Gələn aydan isə SMS məlumatlandırma xidmətinin 2 dəfə bahalaşacağı ilə bağlı xəbər vətəndaşların daha da narazılığına səbəb olub.
Əgər bu gün ölkədə kommunikasiya xərclərində artım yoxdursa, banklar hansı iqtisadi əsaslarla bu sahədə artıma gedir?
İqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, qanuni baxımdan hər bir bank öz tariflərini, qiymətlərini artıra bilər:
 “Problem ondadır ki, mobil rabitədə heç bir artım olmadığı bir vaxtda niyə banklar eyni vaxtda bunu reallaşdırmaq istəyirlər? Bu proses sövdələşmədən xəbər verir və ən təhlükəli olan da budur.
Bu məsələ ilə Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məşğul olmalıdır. Məsələnin iqtisadi tərəfində gəldikdə isə, ümumilikdə biz hər zaman bildiririk ki, Avropada bank kreditləri üzrə faizlər aşağıdır. Ancaq heç vaxt demirik ki, Avropa ölkələrində bankların digər xidmətləri bahadır.
Bank hesabının açılması, xidmət, pul köçürmə, SMS bildirişlər, xəbərdarlıqlar bahadır. Bizdə bəzi bankların müxtəlif xidmətləri üzrə ya ümumiyyətlə, komissiya haqqı olmayıb, ya da azdır. Bu da ona görə belədir ki, banklar bizə xərclərini kredit faizlərində göstərir. Yəni “müştəri çox olsun, bütün müştərilərdən qazanmayım, ancaq daha çox kredit götürəndən, borc alandan qazanım”. Banklar da faizlərin yüksək olması ilə bağlı tənqidlərə görə yəqin sövdələşərək belə qərar veriblər ki, “gəlin, faizləri bir qədər azaldaq, deyək ki, azaltdıq. Ancaq komissiya haqqlarını artıraq”.
Əslində bu addımı atan iri bankların kredit faizləri onsuzda digər banklardan bir qədər aşağıdır. Ona görə də oradakı itkilərini bununla əvəzləyirlər. Təbii ki, bank olaraq çox pul qazanmaq istəyirlər. Çünki banklarda bütövlükdə aktivlik, kredit fəaliyyəti əvvəlki kimi deyil, azalıb. Buna görə də istəyirlər ki, bu amildən faydalansınlar.
Xüsusilə də görürlər ki, hamı kartdan geniş istifadə edir və vətəndaşları müştərisinə “çeviriblər” və nəticədə indi də qiyməti artırırlar. Ümumiyyətlə, əgər sövdələşmə məsələsi üzə çıxmasa bu, qanunidir. Yəni sövdələşmə məsələsi gərək araşdırılsın”. /Cebhe.info

22-11-2023, 11:00 133

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 13:50
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972