Bakıda kişi arvadını bu səbəbdən öldürdü - İfadəsi dəhşətə gətirir

 
Bakıda arvadını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Zöhrab Quliyevin məhkəmə ifadəsi məlum olub.
Sumqayit.tv pravda.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Zöhrab Quliyev ifadəsində göstərib ki, 2004-cü il tarixdə zərərçəkmiş, Sevinc Quliyeva ilə evlənib. Həmin evlilikdən üç övladları olub. O deyib ki, son vaxtlar Sevinc açıq-saçıq geyinib və küçəyə də bu formada çıxıb:
"Ona bu cür geyinməməsi barədə irad tutsam da, dinləmirdi. 2020-ci ildə Sevincdən boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Belə ki, Sevinc problemlər yaradır, öz bildiyi kimi hərəkət edir, təhqirlə danışır, məni bir ər kimi saymırdı. Həyat yoldaşım barəmdə polisə şikayət edəcəyini, döyüldüyünü deyərək məni tutduracağını söyləyirdi. Buna görə də qorxub boşanma ərizəsini geri götürürdüm. 2022-ci ilin avqust ayında məhkəməyə müraciət etdim və bu dəfə ərizəni geri götürmədim. O vaxtdan məhkəmə mübahisəsi davam edirdi və Sevinclə mübahisələrimiz daha da şiddətlənmişdi. Sevinc yüksək səslə söyüşlə danışır, açıq-saçıq geyinməyə davam edirdi. Sonuncu dəfə 10 may 2023-cü il tarixdə, saat 9 radələrində yaşadığım Sabunçu qəsəbəsindəki evdə onun səsinə yuxudan oyandım. Sevinc yüksək səslə mənə və oğluma qarşı söyüşlər söyürdü və yüksək səslə qışqırırdı. Həmçinin həmin gün də arvadım açıq-saçıq geyinmişdi".
Zöhrab Quliyev qətl hadisəsi barədə danışarkən deyib ki, əvvəlcə qadını boğub:
"Arvadıma yenə susmasını, təhqirlərə son verməsini istədim, lakin Sevinc yaxşı elədiyini bildirdi. Həmin vaxt saat 10 radələri idi. Onun əlində tozsoran vardı. Dəhlizdə Sevincin boğazından sağ əlimlə tutdum və arxası üstə onu yerə yıxdım. Hər iki əlimlə onun boğazından tutub sıxmağa başladım. Sevinc müqavimət göstərməyə çalışdı. Onun müqavimətini gördüyüm üçün bundan sonra dərhal mətbəxə getdim və oradan bıçağı götürüb dəhlizə qayıtdım. Sonra Sevincə bıçaq zərbələri vurdum. Sevinc arxası üstə halsız vəziyyətdə uzanıqlı idi. Bıçaq zərbələri vurarkən arvadım əvvəl müqavimət göstərsə də, sonradan səsi gəlmədi. Bundan sonra Sevincin öldüyünü anladım və bıçağı onun meyitinin yanına yerə qoydum, polisə gedərək təslim oldum. Orada törətdiyim əməli etiraf etdim. Özümü ona görə qismən təqsirli bilirəm ki, Sevinc məni onu öldürməyə məcbur etdi. Eyni zamanda arvadımın açıq-saçıq geyinməsi və təhqirli sözlər işlətməsi məni onu öldürməyə vadar etdi. Əməlimdən peşmanam".
Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin qısqanclıq zəminində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanı qətlə yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib. Z.Quliyev könüllü polisə təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zöhrab Quliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

22-11-2023, 17:00 99

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 13:50
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972