23 noyabr 2023-cü il tarixində Milli Məclisin deputatı Anatoliy Rafailovun 53 saylı Quba-Qusar seçki dairəsi üzrə qəbul üçün müraciət edən sakinləri ilə növbəti qəbulu keçirilmişdir.Sumqayit.tv xəbər verir ki, görüş zamanı qəbula gələn şəhid ailələri və digər vətəndaşların müraciətləri diqqətlə dinlənildi.
Vətəndaşların müraciətləri sosial problemlər, səhiyyə, təhsil, kredit və digər məsələlərdən ibarət olunduğu qeyd edilib.
Müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti qurumlara sorğular göndəriləcəyi bildirilib.