Kadr potensialının gücləndirilməsi istiqamətində elmi-texniki əməkdaşlıq genişləndirilir


Kənd Təsərrüfatı Nazirliyi və “Agro Food İnvestments” MMC arasında kadr potensialının gücləndirilməsi istiqamətində elmi-texniki əməkdaşlıqla bağlı görüş keçirilib. 
Sumqayit.tv xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları və “Agro Food İnvestments” MMC-nin İdarə Heyətinin sədri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Görüşdə aqrar sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, kadr potensialının təkmilləşdirilməsi sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Qeyd olunub ki, kənd təsərrüfatı və aqrar sənaye sahələrində insan resurslarının inkişafı istiqamətində elmi-texniki əməkdaşlıq üçün böyük potensial mövcuddur. Tədbirdə kadr potensialının inkişafı məqsədilə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Görüş çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və “Agro Food İnvestments” MMC arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rafail Quliyev və “Agro Food İnvestments” MMC-nin İdarə Heyətinin sədri Məcnun Məmmədov imzalayıb. Anlaşma Memorandumunda kənd təsərrüfatı sahələri üzrə yüksək ixtisaslaşmış kadr ehtiyatının yaradılması, mövcud mütəxəssislərin nəzəri və praktiki bilik və texniki peşə bacarıqlarının, habelə xarici dil biliklərinin artırılması üçün qarşılıqlı əməkdaşlığın qurulması, o cümlədən əməkdaşların konfrans, təlim, seminar və layihələrə cəlb edilməsi, təcrübə proqramlarında birgə iştirakı ilə bağlı maddələr yer alıb.
Sənədə əsasən tərəflər kənd təsərrüfatı və aqrar sənayedə bitkiçilik, heyvandarlıq və istehsal sahələri üzrə kadr hazırlığının qarşılıqlı surətdə təşviq edilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Anlaşma Memorandumunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutları ilə məlumat və təcrübə mübadiləsinin aparılması, elmi-tədqiqat institutlarının elmi işçiləri tərəfindən “Agro Food İnvestments” Qrupunun mütəxəssislərinin nəzəri, praktik bilik və texniki peşə bacarıqlarının artırılması məqsədilə onlara təlim və seminarın keçirilməsi, həmçinin “Agro Food İnvestments” Qrupun aqrar sahədə kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrə dəstək olması nəzərdə tutulur.
Əldə olunmuş razılığa əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarının elmi işçiləri “Agro Food İnvestments” Qrupuna daxil olan təsərrüfatlara mütəxəssis-ekspert qismində cəlb ediləcək, “Agro Food İnvestments” Qrupu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin məlumat bazalarından istifadə edə biləcək. 

28-09-2021, 13:07 211

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041