TOKİ rəhbəri: “Zəlzələ bölgəsinin yenidən qurulmasında Azərbaycan mühüm rol oynayır” - FOTO


“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nə əsasən ölkəmiz tərəfindən Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yenidənqurma işləri aparılacaq. Həmin layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən müəyyən məbləğ ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Toplu Mənzil İdarə Müdirliyinin (TOKİ) rəhbəri Ömer Bulut mediaya açıqlama verib.
İdarə rəhbərinin açıqlaması Türkiyə mediasında geniş işıqlandırılıb.
Demirörən Xəbər Agentliyinin (DHA) mövzuya dair yazısında deyilir:
“Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə Kahramanmaraşın Azərbaycan məhəlləsində tikiləcək yaşayış və iş yerləri üçün torpaq abadlaşdırılması işləri davam edərkən, TOKİ rəhbəri Ömər Bulut və Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov işlərlə yerində tanış olublar. Kahramanmaraş Böyükşəhər Bələdiyyə Başçısı Hayrettin Güngörün də iştirak etdiyi əraziyə baxış zamanı Bulut və Sadıqov tikintiyə cavabdeh şəxslərdən son vəziyyətlə bağlı məlumat alıblar. Ömər Bulut bildirib ki, Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün ev tikintisi tam sürəti ilə davam edir”.
“Haber Türk” saytının xəbərində bu mənzillərin yaxın vaxtda sahiblərinə təqdim ediləcəyi bildirilib.
“İhlas Xəbər Agentliyi”nin (İHA) “TOKİ sədri və Azərbaycan rəsmisi Azərbaycan məhəlləsinin inşa edildiyi əraziyə baxış keçiriblər” sərlövhəli yazısında bu ifadələr yer alıb: “Zəlzələ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayan Azərbaycan Kahramanmaraşda min ev inşa edəcək. Şəhərdə Azərbaycan rayonunun yaradılması işlərinə başlanılıb. Azərbaycan 320 hektar ərazidə salınacaq məhəllənin 100 milyon dollarlıq hissəsini Azərbaycan ödəyəcək”.
Yazıda TOKİ rəhbərinin “Azərbaycan məhəlləsinin tikiləcəyi ərazi kommersiya əhəmiyyətli olacaq. Azərbaycanlı qardaşlarımızın o köhnə tarixi yaşatmaqla bağlı bir xahişləri oldu, bununla yanaşı minə yaxın ev tikəcəklər. İşlər artıq başlayıb, niyyətimiz bir il ərzində tikintini başa çatdırıb qanuni sahiblərinə verməkdir.
Xəbər Türkiyənin bir çox media qurumu tərəfindən yayımlanıb.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il noyabrın 22-də 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

7-12-2023, 10:00 151

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041