“Pilot Residence” MTK sakinləri qarşısında məsuliyyətdən yayınır... (ŞİKAYƏT)

 
Bakı şəhərinin mərkəzində yaşayış binasının sakinləri ilə MTK arasında qalmaqal davam edir
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence” kooperativinin problemləri bitmir ki, bitmir. Bu dəfə MTK daha bir hiyləyə əl atıb. Belə ki, şirkət layihədənkənar qanunsuz tikintilərini davam etdirmək ücün yerinə başqa bir qurum yaratmaq cəhdi göstərir. Bununla da o, öz öhdəliklərindən qaçmaq, vəzifəsini icra etmək məsuliyyətindən yayınmaq niyyətindədir. Belə ki, MTK səlahiyyətliləri sakinlərlə hər hansı görüş keçirmədən qapı-qapı düşüb onların bəzisinin imzasını toplayaraq saxta bir protokol tərtib edib. Həmin sənədin imzalı şəkildə hazırlanmasının əsas məqsədi bundan ibarətdir ki, MTK öz səlahiyyətini sonadək yerinə yetirmir, ilkin təsdiq olunmuş layihənin icrasını kobudcasına pozub və öhdəliklərini icra etməkdən boyun qaçıraraq məsuliyyəti sakinlərin üzərinə atır.
MTK artıq Səbail rayon İcra Hakimiyyətinə mənzil mülkiyyətçiləri cəmiyyətinin qurulması ilə bağlı bildiriş təqdim edib. Səbail RİH-in təsdiqi ilə bu cəmiyyətin adı “Səbail-23” MMC olaraq nəzərdə tutulub. Sakinlərin dediyinə görə MTK bu cəmiyyəti qurub tam nəzarətdə saxlamaqla və Səbail RİH-in dəstəyinə arxalanmaqla layihədənkənar, qanunsuz tikintiləri davam edəcəyini planlaşdırır...
Dəfələrlə “Pilot Residence” MTK-nın öhdəlikləri yerinə yetirməməsi, özbaşınalığı, qanunsuz, layihədənkənar obyektlərin tikintisi barədə KİV-də məlumatlar yayılıb. Hazırda sakinlərin MTK-dan şikayətləri əsasında 2 məhkəmə işi icraatdadır. Həmçinin aidiyyəti dövlət strukturlarına – Ədliyyə Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Səbail rayon İcra Hakimiyyətinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğından Mühafizə Xidmətinə şirkətin adının dəyişdirilməsinə yol verilməməsi üçün sakinlərin çoxsaylı imzaları ilə müraciətlər edilib. Bu müraciət məktublarının surəti məhkəməyə də təqdim edilib.
Qeyd etmək istərdik ki, adıçəkilən saxta protokola imza atan sakinlərin etirafına görə, onlar bu addımı sənədin mahiyyətinə varmadan atıblar. Digər halda isə MTK-nın əməkdaşının imzası ilə başqa sakinlərin əvəzinə imzalar çəkilib. Bu, ciddi qanun pozuntusu olduğundan sakinlər tərəfindən imzaların indentifikasiyasının aparılması tələbi irəli sürüləcək. Saxta protokola qol çəkərək aldadıqlarını anlayan sakinlər sonradan buna etiraz olaraq MTK- ya qarşı olan sənədə də imza atıblar.   
Həmçinin sakinlər "Pilot Residence”dən mənzillərin çıxarışını əldə etdikdən sonra bəlli olub ki, həmin mənzillər üzrə orta hesabla 10-25 kv.metr əskiklik var. Sakinlər həm mənzillərin sahəsinə görə aldadıldığına, həm də şişirdilmiş kv.metr mənzil sahəsinə görə kompensasiya alınması üçün də məhkəməyə müraciət etməkdədirlər.
Bina sakinləri MTK tərəfindən hazırlanmış hər hansı sənədin təqdim edilməsi zamanı adları qeyd olunan aidiyyəti dövlət qurumlarından məsələyə diqqətlə və məsuliyyətlə yanaşmağı xahiş edirlər.
Sakinlər haqq-ədalət uğrunda sonadək mübarizə aparacaqlarını bildiriblər.

30-12-2023, 18:39 150

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 13:50
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972