Qarabağ və Şərqi Zəngəzur bölgəsində 3 mühüm avtomobil yolu layihələrinin ekoloji tərəfləri müzakirə edildi


Qarabağ və Şərqi Zəngəzur bölgəsində 3 mühüm avtomobil yolunun: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd,  Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri ilə bağlı ictimai dinləmə keçirilib. Tədbirdə sifarişçilər, layihə icraçıları, dövlət qurumları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflər bu tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini ayrı-ayrılıqda müzakirə ediblər.
Layihə sənədini hazırlayan “Geoexpert Consulting” MMC-nin direktor müavini Azad Məcidov bildirib ki, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 69,94 km-dir. Avtomobil yolu 1c, II, III texniki dərəcəyə uyğun layihələndirilib. “Bu yol 2 hissədən ibarətdir: I hissə başlanğıcını Əhmədbəyli-Horadiz-Mincivan Ağbənd  magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürərək Laçın şəhərinə qədər davam edir. II hissə Xanlıq kəndindən Qubadlı şəhərinə qədər uzanır. Layihə üzrə I hissədə 9, II hissədə 3 qovşaq olmaqla, ümumilikdə 12 qovşaq tikilmişdir. Laçın  rayonunun Malxələf kəndi ilə Laçın şəhəri arasında 7 tunelin tikintisi isə hələlik davam etdirilir. İşlərin yarısı artıq yekunlaşıb”, - deyə A.Məcidov qeyd edib.

Digər mühüm yol - “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd” avtomobil yolunun ümumi uzunluğu 123,5 km olmaqla, 1C texniki dərəcəyə uyğundur. Yol 79 km-ə kimi 6 zolaqlı, 44,5 km hissəsi isə 4 zolaqlıdır. Burada 3 tunel, 28 körpü, 8 qovşaq layihələndirilmişdir. Tunellərin tikintisi Yeni Avstriya Tunel Üsulu ilə yerinə yetirilmişdir. Yağıntılı hava şəraitində, yaxud sel zamanı səth sularının (yağış və ərimiş qar sularının) tikinti sahələrinə yığılaraq bataqlıq yaratmasının qarşısının alınması, eləcə də yola və yol konstruksiyalarına zərər vermədən keçməsinin təmin edilməsi məqsədilə müxtəlif ölçülərdə su ötürücü borular, eləcə də xəndəklər, beton arxlar inşa edilmişdir. Tikinti işlərinin 2025-ci ildə yekunlaşacağı proqnozlaşdırılır.

Və sonuncu - uzunluğu 22 km olan Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu 30 avqust 2022 tarixində istifadəyə verilmişdir və III texniki dərəcəyə uyğun layihələndirilib. Yol yoxuşlarda 3, digər hissələrdə isə 2 hərəkət zolağı ilə səciyyələnir. Yol boyunca ümumi uzunluğu 149,5 m olan 1 körpünün tikintisi işləri aparılmışdır. Yeni çəkilən bu avtomobil yolu işğaldan azad olunmuş Laçın və Şuşa rayonlarına aid ərazidə yerləşir. Yol Xankəndi-Laçın avtomobil yolunun üzərində yerləşən Şuşa rayonunun Sarıbaba kəndinin 1,4 km-dən başlayaraq Böyük Qaladərəsi, Kiçik Qaladərəsi kəndlərindən keçməklə, Xudafərin-Qubadlı-Laçın yolunun 46-cı km-də kəsişirək tamamlanır.

Vurğulanıb ki, bu layihələrin icrası zamanı təbii sərvətlərin istifadəsi səmərəli şəkildə həyata keçirilir və onların bərpa olunması ilə müşayiət olunan bütün tədbirlər görülür. Görülən işlər barəsində təqdim edilən hesabatda yaşıllıqlara dəyən ziyan, yolların tikintisi üçün salınmış düşərgələr, orda istifadə olunan xammal, torpağın üst münbit qatının götürülməsi və ondan istifadə, təbiətə dəyən ziyanın kompensasiya edilməsi və s. hallar artıqlaması ilə nəzərə alınıb.



26-01-2024, 20:34 189

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041