Dünyamızı qorumaq üçün gəlin birgə antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliyə YOX deyək!- David Seliverstov


HOLOKOST -YƏHUDİ XALQININ YADDAŞINDA ƏBƏDİ HƏKK OLUNMUŞ DƏŞƏTLİ FACİƏ!
Holokost faciəsi ilə bağlı AJMEDİA.İNFO-a fikirlərini bölüşən “Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin” rəhbəri, “Magen David Azərbaycan”nın direktoru David Seliverstov - Holokostu dünya tarixinin ən faciəvi səhifələrindən biri qeyd edib. O deyib: Holokost -yəhudi xalqının yaddaşında əbədi həkk olunmuş dəşətli faciə və işgəncələrə, əzab-əziyyətlərə, alçaldılmağa və təhqirlərə məruz qalmış yəhudi xalqının kütləvi şəkildə məhv edilməsi və dərin bir ağrıdır. 27 yanvar tarixi bu dəhşətli faciənin, dünyanın ən böyük soyqırımlarından hesab olunan Holokostun beynəlxalq anım günüdür.
1945-ci ilin bu günü SSSR ordu generalı Pavel Kurotçkin tabeliyində olan 60-cı Ordu nasistlərin ən böyük ölüm düşərgələrindən sayılan Osvensim-ə daxil olaraq sağ qalanları xilas etmişdir.
.
Holokost (yunanca: holokauston), “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir - Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) - Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən bir addır. Bu qətliamda yəhudilər başda olmaqla sintlər, romanlar və digər “qaraçı” kimi qəbul edilən insanlar, döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Faşistlər Holokostu “yəhudi probleminə son həll” olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa, həyatını itirənlərin sayı 17 milyon nəfərə qədər arta bilər. Onu da qeyd edim ki, öldürülməsi planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon nəfər idi.
.
1933-cü il 1 aprel tarixində Adolf Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota dəvət edib və bu boykot yəhudi dükanlarının sökülməsi, qarət edilməsi və sahiblərinin döyülməsi ilə nəticələnib. 1935-ci ildə yəhudilərin həkimlik, əczaçılıq, əsgərlik və bir çox işlərdə çalışması qadağan edilib. 15 sentyabr 1935-ci il tarixində qəbul olunan “Nurnberg qanunları”na görə ali irqdən olmayanlar “aşağı sinif” insanlardır və onlarla ailə qurmaq yasaqlanıb. 1936-cı ildə Berlində keçirilən olimpiya oyunları ilə dünyanın diqqətinin Almaniyaya yönəlməsi sayəsində bir müddət yəhudilərə nifrət, antisemitizm tətbiqetmələri arxa planda qalır. Amma 1938-ci ildən etibarən antisemitizm əvvəlkindən daha şiddətli şəkildə geri dönür. 1938-ci ilin yanvarından etibarən yəhudilərin yalnız yəhudi adlarından və soyadlarından istifadə etməsi haqqında yeni qayda qəbul olunub. 1 sentyabr 1939-cu ildə yəhudi soyqırımına start verilib. 20 yanvar 1942-ci ildə isə Adolf Eichmann tərəfindən idarə olunan yüksək dövlət məmurlarının Yəhudi probleminin son həllinin təşkil edilməsinin detallarının müzakirə olunduğu Wannsee Konfransı reallaşmış və bu protokola görə öldürülmələri planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon nəfər idi. İlk ölüm düşərgələri 1933-cü ildən Daxauda inşa olunmuş, daha sonra isə siyahıya Auschwitz-Birkenau (1941), Chelmno (ya da Kulmhof) (1941), Varşava (1942), Lublin (1942), Belzec Lublin yaxınlığında düşərgə (1942) əlavə edilmişdi. Bu ölüm düşərgələrində 6 milyon günahsız insan qətl edilmişdi.
.
Faşizm dövründən qalma Holokostun layihə şəklini sübut edən yazılı sənədlərin sayı çox az qalıb və faşizm rəhbərliyinin gələcəyə sübut saxlamamaq üçün sənədləri şüurlu olaraq yox etdikləri barədə məlumatlar da qalmaqdadır. Holokostun layihə şəkli dövlət sirri olaraq dəyərləndirilmiş və Holokostu hazırlayan rəhbərlik bu işdə əli olan digər insanlara bu mövzunu kənara çıxarmamaq əmrini vermişdi. Beləliklə, Holokostu hazırlayanlar etdiklərinin insanlıqdan kənar olduğunu dərk edirmişlər.
.
Holokost qurbanlarının xatirəsi hər il bütün dünyada qeyd edilərək anılır. Bu dəhşətli qətliam dünya üçün bir siqnaldır. İrqi ayrı-seçkilik, yalnız bir din və ya bir millətə məxsus olduğu səbəbilə bu kimi dəhşətli bir soyqırımın həyata keçirilməsi yolverilməzdir.
.
Təəssüf ki, Holokost bu mənada son faciə olaraq qalmadı. XX əsrin sonunda ermənilərin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı faktı da Holokostun təkrarı kimi idi. Yalnız azərbaycanlı olduğu üçün öldürülən 613 nəfər dinc insanın 63 nəfəri uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. Bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirilən bu şəxslərlə yanaşı, 487 nəfəri ağır xəsarətlərə məruz qoyuldu, 1275 nəfəri isə girov ermənilər tərəfindən götürüldü. Ermənilər qəddarlıqla vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atmışdılar. Şahidlərin təsdiqlədiyinə görə həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnmiş, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları yarılmış, adamlar diri-diri torpağa basdırılmış və yandırılmışdı. Güllə yarasından ölməyənlərin başlarına sonradan güllə vurulmuş, meyitlər zorakılığa məruz qalmışdı.
.
David Seliverstov onu qeyd edib ki, yəhudi xalqına hər zaman Azərbaycanda münasibət yüksək tolerantlıqla müşahidə olunur, dostluq və qardaşlıq müstəvisində birgəyaşayış, multikultural həyat yəhudilərin Azərbaycanda dinc həyat sürməsinə şərait yaradır, yəhudi icması hər zaman Azərbaycanın milli maraqlarının qorunması, sülhün və stabilliyin əldə olunması üçün çalışırd. Azərbaycan xalqı da yəhudi icmasının tarixən yaşadığı çətin anlara çox həssas yanaşır. Hər iki xalqın tarixində soyqırımlar olub. Azərbaycanda yaşayan yəhudi icması Holokost və Xocalı soyqırımı qurbanlarının xatirəsini hər zaman əziz tutur.
.
“Bu gün bütün Holokost qurbanlarının xatirəsini ehtiramla yad edərək, İstanbulda kilsədə şam yandırdım. Bizim üçün Tanrı birdir- məscid də, sinaqoq da, kilsə də Tanrının evidir. Dünyamızı qorumaq üçün gəlin birgə antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliyə YOX deyək!- David Seliverstov

28-01-2024, 16:12 170

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903