Deputat yaşıllığı məhv edənlər və binaların sütunlarını dağıdanlara qarşı tədbir görülməsi üçün çağırış etdi


“Hələ müstəqilliyin ilk illərindən əlində imkanı olanlar, vəzifəli şəxslər yaşıllıqların canına düşüblər. Məgər bu ağacları kasıb əhali kəsir? Kəsənlərin hamısı sahibkarlar, vəzifəli şəxslərdir. Nərimanov rayonu ilə bağlı yayılan xəbərlər barədə konkret məlumata malik deyiləm. Amma ümumi vəziyyət çox çətindir. Bilirik ki, vaxtilə Heydər Əliyev də, hazırda Prezident İlham Əliyev də daim yaşıllaşdırma işləri həyata keçiriblər. Milyonlarla ağac əkilib, hər yer yaşıllaşdırılıb. Ölkəmiz meşə sahələrinə görə zəif mövqedədir. Şəhərlərdə də yaşıllaşdırma işləri aparılıb. Yol kənarları yaşıllaşdırılır. Amma sanki kimsə bunun düşmənidir. Pul verib danışır, kimləsə “əldir”, yaşıllığı, on illərlə əmələ gəlmiş ağacları kəsib tökür, yerində özünə obyekt, yaşayış binası tikir, binaların sütunlarını dağıdır və s. Aidiyyəti orqanlar bu məsələlərlə ciddi məşğul olmalıdırlar. Bunu millət vəkili kimi, həm də bir vətəndaş kimi tələb edirəm”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. 
 
“Sanki düşməndirlər. Axı yaşıllıq bizim nəfəsimizdir, tənəffüssümüzdür, bütün millətə, dövlətə məxsus sərvətdir. Hansısa məmurlar, sahibkarlar belə davranmamalıdırlar. Yaxud da hansısa dövlət orqanının işçisi onları himayə etməməlidir. Həm Cinayət, həm də İnzibati Xətalar Məcəlləsində bu cür hallara qarşı olduqca ciddi maddələr, sanksiyalar var. Deməli, bu cinayəti törədənlər dövlətin qanunundan da qorxmurlar. Eyni zamada dövlət rəhbərliyi, şəxsən dövlət başçısı bu işlərə qarşı həmişə kəskin, yüksək səviyyədə mübarizə aparıb, xəbərdarlıq edib. Bəs nə üçün buna əməl olunmur? Ayrı-ayrı məmurlar niyə bunu həyata keçirə bilmirlər? Əllərinə fürsət düşən kimi sanki yağıdırlar, belə işlərlər məşğul olurlar. Qarşısı alınmalıdır!”, - deputat bildirib. 
 
Qeyd: Mətbuatda Nərimanov rayonu, Faiq Yusifov küçəsi 125-131 ünvanında tikinti normaları pozularaq çoxmərtəbəli yaşayış binasının ana divarlarının sökülüb obyektə çevrilməsi,  ərazidə yaşıllığın məhv edilməsi barədə məlumatlar yayılıb

1-04-2024, 12:46 204

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041