“Pilot Residence”in sakinləri yenidən Ədliyyə Nazirliyinə müraciət ediblər - AÇIQ MƏKTUB


Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 7-11 və Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında yerləşən "Pilot Residence” MTK tərəfindən inşa edilmiş binadakı özbaşınalıqlar və qanusuzluqlar barədə mətbuatda mütəmadi xəbərlər yayımlanır. Binada yaşayan sakinlərin sözlərinə görə, MTK tərəfindən  yaşayış kompleksində inşaat-təmir işləri dəfələrlə dondurulmuş, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş vermiş və yaşayış binasının daxili həyətində təsdiqlənmiş Layihədə ümumiyyətlə mövcud olmayan iri ticarət obyektinin inşası həyata keçirilmişdir. Problemlər bununla da bitmir. Şikayətçilər bildirir ki, "Pilot Residence” MTK törədilmiş hüquq pozuntularına görə məsuliyyətdən qaçması üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq niyyətindədir və ikinci dəfə bu Cəmiyyətin qurulması barədə bir qisim mənzil sahibinin imzasını saxtalaşdıraraq, onların adından guya imza toplamış kimi göstərərək təqdim olunan saxta Protokolu qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinə göndərmişdir. Qeyd olunur ki, MTK və ya digər bir təşəbbüs qrupu tərəfindən bu məqsədlə heç vaxt Mənzil Sahiblərinin Ümumi İclası keçirilməyib, Ədliyyə Nazirliyinə MTK-nın təşəbbüsü və təşkilatçılığı ilə təqdim olunmuş Protokolda təqdim olunan mənzil sahiblərinin imzalarının bir qismi mənzil sahibləri tərəfindən atılmayıb, digər bir qisminin isə etibarsız olduğuna ciddi əsaslar mövcuddur.
 
Sumqayit.tv məktubu təqdrim edir:
Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, MTK rəhbərliyi hələ də sakinlərin haqlı narazılıq və şikayətlərini təmin etmir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Ədliyyə Naziri postunda dəyişiklikdən - yeni nazir təyinatından sonra "Pilot Residence” Yaşayış Kompleksindəki 22 nəfər mənzil sahibi adından Ədliyyə Nazirliyinə, həmçinin Azərbaycan Respublikasının İnsan  Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Bakı şəhəri prokuroruna və Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş  idarəsinə şikayət məktubu ünvanlanmışdır. Məktubda Ədliyyə nazirindən MTK-nın mənzil mülkiyyətçilərindən xəbərsiz təqdim olunan, saxta sənədlər əsasında Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) formalaşması barədə "Ümumi İclasın Protokolu” və digər sənədlərin etibarlılığının yoxlanılması, saxtakarlıq aşkar olunduqda həmin əməllərə hüquqi qiymət verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilməsi,  sakinlər və MTK arasında Səbail Rayon Məhkəməsində olan mübahisələri nəzərə alaraq həmin mübahisələr yekunlaşanadək və MTK Yaşayış Kompleksinin sakinləri qarşısında tərəflər arasında Müqavilələrdə qeyd olunmuş öhdəlikləri tam yerinə yetirənədək mövcud MTK-nın yerinə yeni idarəetmə "SƏBAİL-23” MMMC-nin formalaşması barədə MTK-nın vermiş olduğu müraciətin baxılmasının dayandırılmasına göstəriş verilməsi xahiş olunur.
Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
Azərbaycan Respublikasının Ədliyyə naziri
cənab Fərid Əhmədova

Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevaya

Surəti: Azərbayan Respublikası Baş Prokurorluğu yanında

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi

cənab Nazim Rəcəbova

Surəti: Bakı şəhəri prokuroru cənab Elşən Abbasova
Surəti: AR Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş idarəsinin rəisi cənab İlqar Məmmədova
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 7-11 və
Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında yerləşən
"Pilot Resıdence” MTK yaşayış binasında yaşayan sakinlər tərəfindən

KOLLEKTİV MÜRACİƏT.

 

Hörmətli cənab Nazir!

Yaşadığımız Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 7-11 və Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında yerləşən "Pilot Residence” MTK tərəfindən inşa edilmiş binadakı özbaşınalıqların və qanusuzluqların qarşısının alınması məqsədilə mənzil sahibləri adından Sizə müraciət etmək məcburiyyətində qalmışıq.

Belə ki, Səbail Rayonu İcra Hakimiyyətinin 2 iyun 2017 il tarixli 3/10-497 saylı Sərəncamı ilə təsdiqlənmiş Pilot Layihəyə uyğun olaraq "Pilot Residence” MTK yaşayış binasının tərkibində 1) ümumi qapalı istirahət parkı, 2) yeraltı qaraj mərtəbəsi və 3) Rostropoviçlər küçəsinə avtomobil və piyada giriş-çıxışı inşa etməklə, mənzillərlə birgə 2019-cu ilin sonunadək sahiblərinə tam təhvil verməyi öhdəliyinə götürmüşdür.Binanın sakinləri ilə "Pilot Residence” MTK arasında yaşayış binası, qaraj mərtəbəsinin inşası və onun tərkibindəki mənzil və yeraltı qaraj yerlərinin, qapalı həyətin və Rostropoviçlər küçəsinə giriş-çıxışın 2017-ci ildə təsdiqlənmiş Layihəyə uyğun təhvili və istismarının təmin edilməsi və sakinlərə verilməsi istiqamətində bizimlə müvafiq alqı-satqı müqavilələri imzalanmışdır.

Buna baxmayaraq, MTK tərəfindən yaşayış kompleksində inşaat-təmir işləri dəfələrlə dondurulmuş, təsdiqlənmiş Layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş vermiş və yaşayış binasının daxili həyətində təsdiqlənmiş Layihədə ümumiyyətlə mövcud olmayan iri Ticarət Obyektinin inşası həyata keçirilmişdir. Belə ki, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, "Pilot Residence” MTK tərəfindən təxminən 850 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili tikilmiş və "Bazarstore” MMC-yə icarəyə verilmişdir. Bu qanunsuz tikilinin mövcudluğu bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün ciddi problem yaratmaqdadır.

 

Bundan başqa inşaatı faktiki 2016-cı ildən, 2017-ci ildən isə mənzil və yeraltı qarajların satışına başlanmasına baxmayaraq, idarəetməni faktiki həyata keçirən MTK Təsisçisinin acgözlüyü ucbatından "Pilot Residence” yaşayış kompleksinin həyəti və qarajlarına giriş-çıxış Layihəyə uyğun şəkildə təmin olunmamışdır, həyətinin ərazisində isə qeyri-qanuni şəkildə iri kommersiya obyektinin tikilməsi azmış kimi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində binanın rəsmi dövlət orqanları tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazəsi olmayan 2 mərtəbəni əhatə edən qanunsuz dəmir tikili inşa olunaraq, qeyri-yaşayış obyekti sahibinə satılmışdır.

Həm "Pilot Residence” MTK, həm də "Bazarstore” MMC faktiki olaraq sakinlərə məxsus, onların Layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə istifadə edərək qanunsuz gəlir əldə edirlər. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi Şəhərsalma və Tikinti normalarının vəyanğın təhlükəsizliyi norma və qaydalarının kobud şəkildəpozuntusu oğlduğundan sakinlər tərəfindən kollektiv formada qanunsuz tikillilərin sökülməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət olunmuş, həm "Pilot Residence” MTK, həm də "Bazarstore” MMC-ni cavabdeh qismində məhkəməyə verilmiş və Layihənin ərazisində qanunsuz tikililər barədə qismində iddiamız təmin olunmuşdur. (Məhkəmə Qətnaməsi bu Müraciətimizə əlavə olunmuşdur.)

"Pilot Residence” MTK bu günədək bizimlə bağlanılmış müqavilələrdə göstərilən şərtləri yerinə yetirmir, sakinlərdən külli miqdarda vəsait toplayaraq, yaranmış öhdəliklərin icraatından boyun qaçırdır; "Pilot Residence” Yaşayış Kompleksi və onun ərazisində dövlət orqanı tərəfindən 2017-ci ildə təsdiqlənmiş Layihəsindən baş vermiş kənarlaşmaları davamlı olaraq həyata keçirdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, yaşayış binası üzrə Səbail Rayonu İcra Hakimiyyəti tərəfindən dövlət qəbulu sənədləri təsdiqlənsə belə, mənzil sahiblərinin ciddi bir qismi müvafiq qaydada Çıxarışlarını əldə edə bilməmişdir və MTK tərəfindən 2017-ci ildə təsdiqlənmiş Layihənin tam yekunlaşması istiqamətində hələ də icra olunmayan işlər mövcuddur (yuxarıdakı ilə bağlı Səbail Rayon və Bakı

Appelyasiya Məhkəmələri tərəfindən MTK-nın öhdəlikləri təsdiqlənmişdir, İcra Olunmamış İşlərin Siyahısı da əlavə olunmuşdur).

Bildirmək istəyirik ki, "Pilot Residence” MTK törədilmiş hüquq pozuntularına görə məsuliyyətdən qaçması üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq niyyətindədir və yeni Cəmiyyətin qurulması barədə mənzil sahiblərinin imzasını saxtalaşdıraraq, onların adından guya imza toplamış kimi göstərərək təqdim olunan saxta Protokolu qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinə göndərilmişdir. Xüsusi qeyd etməliyik ki, MTK və ya digər bir təşəbbüs qrupu tərəfindən bu məqsədlə heç vaxt Mənzil Sahiblərinin Ümumi İclası keçirilməyib, Ədliyyə Nazirliyinə MTK-nın təşəbbüsü və təşkilatçılığı ilə təqdim olunmuş Protokolda təqdim olunan mənzil sahiblərinin imzalarının bir qismi mənzil sahibləri tərəfindən atılmayıb, digər bir qisminin isə etibarsız olduğuna ciddi əsaslar mövcuddur.

 

Təsəvvvür edin ki, "Pilot Residence” MTK-nın məsul şəxsləri sakinlərdən xəbərsiz onların adından saxta imza ataraq və saxta protokol tərtib edərək yalandan törədilmiş hüquq pozuntularına görə məsuliyyətdən qaçması üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq istəyirlər. Bir dəfə belə bir cəhd edilmiş və heç bir iclas keçirmədən, MTK işçiləri tərəfindən sakinlərin adından saxta imzalar atılmaqla "SƏBAİL-23” MMMC qurulması ilə bağlı AR Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə müraciət olunmuş, ancaq sənədlərdə səhvlik olduğundan qeydiyyat təsdiq olunmamışdır. Ancaq bizdə olan məlumatlara görətəkrarən saxta sənədlər əsasında yenidən AR Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə müraciət olunmuş və hazırda həmin sənədə baxılmaqdadır. Saxta sənəd tərtibatı ilə Səbail Rayon Prokurorluğuna şikayət etməyimizə baxmayaraq, prokurorluq tərəfindən heç bir araşdırılma aparılmamış və açıq aşkar saxta sənəd tərtib olunması ilə bağlı cinayət əməli araşdırılma aparılmadan bağlanılmışdır.

 

Yuxarıda qeyd olunanlardan göründüyü kimi bizimlə MTK arasında kifayət qədər mübahisələrimiz var və həmin mübahisələrin həlli üçün binamızın bir neçə sakinlər qrupları tərəfindən "Pilot Residence” MTK-nın götürdüyü öhdəliklərdən yayınması və fəaliyyətindəki ciddi qanunsuzluqlar, o cümlədən kvadratura itkiləri, barədə təqdim olunmuş kollektiv şikayətlər hazırda Səbail Rayon Məhkəməsi, Bakı Appelyasiya Məhkəməsinin və Ali Məhkəmənin icraatındadır.

Əlavə olaraq, xüsusi qeyd etməliyik ki, MTK kontrakt öhdəliklərini tam yerinə yetirib, mənzil və qaraj sahiblərinə müvafiq həyət və giriş-çıxış yol ifrastrukturu ilə rəsmi Layihəyə uyğun şəkildə təhvil verdikdən, mənzil sahibləri isə mülkiyyət hüququnu təsdiq edən dövlət sənədlərini tam əldə edə biləndən dərhal sonra "Pilot Residence” Yaşayış Kompleksinin mülkiyyətçiləri Mənzil Məcəlləsinin tələblərinə uyğun şəkildə həqiqi Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini təsis edib, idarəetməni həyata keçirməyə planlayır.

 

Hörmətli cənab Nazir!

Bakı şəhəri Səbail rayonu ərazisində,"Pilot Residence” MTK-nın mənzil mülkiyyətçilərindən xəbərsiztəqdim olunan, saxta sənədlər əsasındaMənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) formalaşması barədə"Ümumi İclasın Protokolu” və digər sənədlərin etibarlılığının yoxlanılması, saxtakarlıq aşkar olunduqda həmin əməllərə hüquqi qiymət verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilməsi, sakinlər və MTK arasında Səbail Rayon Məhkəməsində olan mübahisələri nəzərə alaraq həmin mübahisələr yekunlaşanadək və MTK Yaşayış Kompleksinin sakinləri qarşısında tərəflər arasında Müqavilələrdə qeyd olunmuş öhdəlikləri tam yerinə yetirənədək mövcud MTK-nın yerinə yeni idarəetmə "SƏBAİL-23” MMMC-nin formalaşması barədə MTK-nın vermiş olduğu müraciətin baxılmasının dayandırılmasına göstəriş verməyinizi Sizdən xahiş edirik.

Qoşma:

1.Müvafiq Məhkəmə qətnamələri, qərardadları və digər sənədlərin surətləri.

2."Pilot Residence”MTK tərəfindən İcra Olunmayan İşlər Siyahısı.

İmza: "Pilot Residence” Yaşayış Kompleksindəki 22 nəfər mənzil sahibi adından.



1-04-2024, 19:31 106

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903