Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO

 


Fransa hər zaman özünü dünyanın mədəniyyət beşiyi kimi təqdim etməyə çalışır. Bəzi hallarda bu ölkənin paytaxtı Parisi də “muzeylər şəhəri” adlandırırlar. Doğrudan da, bu şəhərdə çox sayda muzey var. Lakin bu muzeylər təkcə gözəllikləri, tarixiliyi təbliğ etmir. Həmin muzeylərin bir çoxunda fransızların necə qaniçən və qəddar xalq olduğu təqdim edilir.
Fransızların vəhşiliyini dünyaya göstərən belə muzeylərdən biri də İnsan Muzeyidir.
1887-ci ildə açılan və 1937-ci ilədək Etnoqrafiya Muzeyi adı altında fəaliyyət göstərən muzeydə 18 mindən artıq insan kəlləsi nümayiş etdirilir. Onların arasında Fransa işğalına (1830-1962) qarşı mübarizə aparan Əlcəzair azadlıq müharibəsinin şəhid olan liderlərinin və üzvlərinin də skeleti var. Muzey dəfələrlə orada olan kəllə sümüklərinin əksəriyyətinin 19-cu əsrdə tədqiqat üçün antropoloqlar tərəfindən toplanıldığını iddia etsə də, artıq buna inanan azdır.
İnsan Muzeyində Fransanın Əlcəzairdə törətdiyi soyqırım zamanı şəhid olan döyüşçülərin və mülki əhalinin kəsilmiş başlarını və kəllə sümüklərinin nümayiş etdirilməsi əsasən iki məqsədə xidmət edib. Bunlardan birincisi, üsyanı boğmaq və müqaviməti qırmaqdır. İkincisi isə onlar “qələbə” sübutu kimi fəxrlə Parisə göndərilib.
Fransızların nə qədər vəhşi və vandal olduğunu göstərən daha bir faktsa kilsələrdir. Parisdə və digər mərkəzi şəhərlərdəki kilsələr yüzlərlə insan qalıqları üzərində inşa edilib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tarixçi-alim, dosent Zaur Əliyev bildirib ki, fransızların hər gün ayaq qoyduqları dini ibadət evləri günahsız insanların məzarları və sümükləri üzərində tikilib:
“Fikir verin, bu gün Fransanın turistləri ziyarət etməyə yönəltdiyi məkanlardan biri də Paris katakombalarıdır. Labirint tipli katakombaların geniş şəbəkəsi Fransa paytaxtının yeraltı hissəsinin 180 mildən çoxunu əhatə edir və bura Parisin ən yaxşı və ən qəribə görməli yerlərindən biridir. Hər il bir milyondan çox turistin ziyarət etdiyi katakombaların yalnız bir neçə filialı ziyarətçilər üçün açıqdır. Qalanları isə təhlükəlidir və ora girmək qeyri-qanuni sayılır”.
Tarixçi alim qeyd edib ki, XVII-XVIII əsrlərdə Paris həddən artıq izdihamlı olub:
Ona görə də şəhər ərazisini genişləndirmək üçün daha çox yerə ehtiyac duyulurdu. Yer olmadığından o zamankı səlahiyyətlilər problemin "praktiki" həllini tapırlar. Belə ki, şəhərdəki qəbiristanlıqlar məhv edildi və ölülərin qalıqlarını şəhərin altındakı katakombalara yığdılar. Sümüklər rəflərdə bir-birinin üstündə, ayaqlar ayaqların yanında, qollar qolların, kəllələri isə kəllələrin üzərinə açıq şəkildə düzdülər.
Məsələn, “L'Ossuaire Municipal” 6 milyondan çox insanın qalıqlarının toplandığı qorxunc bir məbəddir. “Monumental sükut” deyilən məbəd ziyarətçilərin qarşılaşacaqları yeganə qorxulu yer deyil. Parisin bütün katakombalarında eyni vəziyyət təkrarlanır. Bu məbədlərə gedənləri güclü çürümə və insan qalıqlarının dəhşətli qoxusu müşayiət edəcək”.
Zaur Əliyev dəhşətli mənzərəyə “Douaumont ossuari” nekropolunda da rast gəlməyin mümkün olduğunu söylədi:
“”Ossuari” 1932-ci ildə açılıb və Verden döyüşündə həlak olmuş 130 min naməlum fransız və alman əsgərinin qalıqları üzərində tikilən bir abidədir. “Ossuari”nin qarşısında isə milli nekropol yerləşir. Bura Birinci Dünya Müharibəsində ölən 16 min 142 fransız əsgərinin məzarı olan ən böyük Fransız qəbiristanlığıdır ki, onun əksərini dağıdıb üzərində kilsə tikiblər.
Başqa bir nümunə isə Fransanın Baiye şəhərindədir. Burada əksər tikililər və abidələr müharibədə öldürülmüş insanların sümükləri üzərində inşa edilib. Qəribədir ki, kilsə tikilən zaman məzarların olması heç kəsi narahat etməyib.
Daha bir vandalizmi faktı Parisin 12-ci rayonunda yerləşən özəl qəbiristanlıqda gizlənib. 1794-cü ildə burada 1306 nəfər başları kəsilmiş fransız basdırılıb. Lakin 1802-ci ildə bura yerli zadəganlara satıldı. Onlarsa insan qalıqlarını köçürtməyi lazım bilmədilər. İnsan qalıqları üzərində özləri üçün saraylar inşa etdilər.
Qlan məzarlığı üzərində isə 1841-ci ildə məşhur “Notre-Dam” kilsəsi tikildi. Kuvre şəhərində olan Roan qalasının xarabalıqlarına nəzər salsaq, fransızların insanlığa sığmayan daha bir vəhşiliyini görmüş olarıq. Bu qala tikilən zaman minlərlə insanın sümüklərindən material kimi istifadə edilib”.





20-04-2024, 11:16 131

Digər xəbərlər

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 17:12
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
1 2 3 4 5 6 7 8 9 10 ... 964