Kəlbəcərdə baş vermiş faciədən üç il ötür



Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından üç il ötür.
Sumqayit.tv xatırladır ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ” markalı sərnişin avtomobili 2021-сi il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.
Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb.
Qeyd edək ki, M.İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq informasiya müharibəsində ön sıralarda olub. Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Xatırladaq ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. Həmin ilin oktyabr ayının sonlarında qardaşı ilə birlikdə Gədəbəy rayonuna aparılıb. 1989-cu il dekabrın 30-dək bu rayonda yaşayıb. Burada N. K. Krupskaya adına Gədəbəy qəsəbə orta məktəbdə (indiki İlham Əliyev adına Gədəbəy şəhər 1 saylı tam orta məktəb) oxuyub. Üç aydan sonra Bakıya – Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki yeni evlərinə qayıdıb və 100 nömrəli orta məktəbin 1-ci sinfində təhsilini davam etdirib. 1999-cu ildə orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.
2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın bir zaman ərzində M.İbrahimov əsgər ömrü yaşayıb. Ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. Ömrünün sonuna – şəhidlik zirvəsinə ucalanadək AZƏRTAC-da işləyib. İşlədiyi müddətdə AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. O, həmçinin "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə də təltif edilib.
Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə keçirdiyi "Azərbaycan Ordusunun 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsində 1-ci yerə layiq görülüb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 144 illik yubileyi münasibətilə ictimai-təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə təltif olunub. Dəfələrlə bir çox yazı müsabiqələrinin qalibi olan Məhərrəm hərbi jurnalistlər üçün təşkil edilən təlimlərdə fərqləndiyinə, eləcə də çalışdığı qurumların fəaliyyətinin işıqlandırılmasında yüksək peşəkarlıq göstərdiyinə görə diplom, fəxri fərman və plaketlərə layiq görülüb.
M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda,valideynlərinin yanında dəfn edilib.
Ailəli idi, iki övladı var.
S.Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Bir övladı olan S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra S.Abışov Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı sərəncamla "3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

4-06-2024, 10:52 109

Digər xəbərlər

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
3-07-2025, 17:26
1 2 3 4 5 6 7 8 9 10 ... 964