Çimərliyə gedənlərə XƏBƏRDARLIQ: Bu saatlarda...



“Çimərliyə günün daha sərin saatlarında gedilməsi məsləhətdir”.
Sumqayit.tv
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim terapevti Günel Sadıqlı bildirib.

Onun sözlərinə görə, yüksək temperatur bədəndə hüceyrə və toxuma zərərinə səbəb ola bilər:

“Yüksək temperaturda, çox isti havada, xüsusən də dəniz kənarı kimi rütubətli şəraitdə uzun müddət qalmaq, isti havalarda kifayət qədər maye qəbul etməməklə yanaşı, dehidratasiyaya (bədənin susuzlaşmasına), yəni bədənin tərləmə yolu ilə itirdiyi mayeni bərpa edə bilməməsinə şəraiti yaradır”.

G.Sadıqlı bildirib ki, bütün bunlar günvurma əlamətlərini daha da ağırlaşdıra bilər:

“Çimərliyə getmək üçün ən uyğun vaxt səhər erkən saatlar (6:00 -10:00 arası) və axşam saat 17:00–dan sonradır. Bu saatlar arasında günəş daha az intensivdir və günvurma riski də daha aşağıdır. Bundan əlavə, günəş kremi istifadə etmək (minimum SPF 30), baş örtüyü və gözlük taxmaq, bol maye içmək, kölgəli yerlərdə piyada gəzmək və ya dincəlmək, yüngül, nəfəs alan geyimlər geyinmək kimi tədbirlərin görülməsi günvurma və günəşin zərərli təsirlərindən qorunmağa kömək edir”.
O, həmçinin qeyd edib ki, günvurma, istilik vurması və ya istilik çarpması olaraq da bilinən bədənin həddindən artıq istiliyə məruz qalması nəticəsində bədən temperaturunun yüksəlməsi ilə (40 dərəcə və daha yüksək ) meydana gələn ciddi tibbi bir vəziyyətdir. Onun sözlərinə görə, bu, bədənin istiliyi tənzimləmə qabiliyyətinin pozulması ilə xarakterizə olunur və təcili tibbi müdaxilə tələb edir:

“Bu zaman dəri isti və qızarmış ola bilər, tərləmə azalır və ya təmamilə dayanır. Güclü baş ağrısı və baş hərlənməsi, sürətli və dərin nəfəs alma həmçinin sürətli ürək döyüntü, əzələ ağrıları və qıcolmalar, əsəbilik, çaşqınlıq, bəzən huşun itirilməsi, qusma, ürəkbulanma kimi şikayətlər ola bilər. Əlamətləri hiss edən şəxs dərhal tədbir görməlidir. Belə ki, günəşin altında və isti mühitdən kölgəyə, sərin yerə keçmək, elektrolitləri təmin etmək üçün bol miqdarda su içmək lazımdır”.

G.Sadıqlı qeyd edib ki, bu zaman bədən temperaturunu aşağı salmağa çalışılmalıyıq:

“Buna bədəni sərin su ilə isladılmış bezlə silmək və ya buz kompresi tətbiq etmək, daha sonra soyuq su ilə duş almaq aiddir. Geyimi yüngülləşdirmək lazımdır: yüngül, nəfəs alan pambıq materialdan geyimlər məsləhətdir. Əlamətlər ciddi və ağırdırsa, dərhal həkimə müraciət edilməlidir”.

Terapevt vurğulayıb ki, günvurma ciddi bir vəziyyət olduğu üçün əlamətləri hiss edən şəxs və ya ətrafındakı insanlar dərhal tədbir görməli, gecikmələr ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

12-06-2024, 16:00 169

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041