Tanınmış professor həyəcan təbili çaldı -kibertəhlükəsizlik sahəsində mütəxəssislər yetişdirilməlidir

 


 
Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti(DTX) dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkəni ifşa etdi.
DTX-nın Mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. Məlumatda bildirilir ki, cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb. "Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülən vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilən investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib", - məlumatda deyilir. Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirən beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak edən Azərbaycan vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.
Dünyada və Azərbaycanda kibercinayətkarların tələsinə düşənlərin sayı hər ötən gün artır. Ölkəmizdə xeyli sayda vətəndaş hər gün bank kartlarından pul çəkildiyini bildirməklə hüquq-mühafizə orqanlarına şikayət edir. Belə cinayətlərin üstünün açılma faizi maksimum 20-dir. Bütün dünyada kibercinayətkarlıqla mübarizə üçün addımlar atılır, tədbirlər görülür.
a788dc4831cb7511cd1a8b0eff617cf2.jpg (52 KB)
Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədov Musavat.com-a bildirib ki, bu gün Azərbaycanda bu sahədə durum yaxşı deyil. Həmsöhbətimiz bildirib ki, Azərbaycanın virtual sərhədləri demək olar ki, qorunmur: “Necə ki, ordu yaradıb sərhədləri qoruyuruq, Müdafiə Nazirliyində müxtəlif qoşun növləri var, virtual məkanda da belə qoşun saxlayıb, virtual sərhədlərimizi etibarlı şəkildə qorumalıyıq. Yaxın gələcəkdə nağd pul dövriyyəsi olmayacaq. Pullar da virtual məkanda olacaq və pulların qorunması üçün də virtual məkanda talamalara qarşı mübarizə aparacaq qoşunun olmalıdır”.
Saleh Məmmədov deyib ki, Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislər yetişdirilməlidir: “2 il öncə Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması üçün universitetlərə qəbul oldu. Amma ABŞ belə kadrların hazırlanmasına 90-cı illərin sonlarından başlayıb. Bu sahədə müxtəlif istiqamətlər üzrə mütəxəssislər hazırlayırlar. Azərbaycanda da bu sahədə ixtisaslar üzrə mütəxəssis hazırlığına başlanmalıdır. 3 ildir ki, Nazirlər Kabineti ilə Təhsil Nazirliyi arasında bu ixtisaslar üzrə mütəxəssis hazırlığı üçün razılıq ala bilmirik. Dövlət Təhlükəsizliyi Xidməti çox yaxşı bir əməliyyat keçirdi, kibercinayətkarlıqla məşğul olan dəstəni ifşa etdi. Amma bu, məsələnin tam həlli demək deyil. Kibercinayətlər davam edəcək. Vətəndaşların hesablarından pulları kibertalamaya məruz qalacaq. Vətəndaş da haqlı olaraq pulunu dövlətdən istəyəcək. Deyəcək ki, bəs hara baxırdız? DTX-nın həbs etdiyi kiberdələduzlar ölkə rəhbərliyinin adından elə videoroliklər hazırlayıblar ki, vətəndaş həqiqətən elə başa düşüb ki, danışan elə ölkə rəhbəridir. İndi süni intellekt buna imkan verir ki, istənilən şəxsin səsi və özünün görüntüsü ilə istənilən mətni ortaya qoyub, geniş kütlələri inandıra biləsən. Kibercinayətkarlar da bundan istifadə edib vətəndaşları inandıra bilirlər. Guya ki, ölkə rəhbəri dövlət şirkətlərinə yatırım qoyub, böyük dividendlər qazanmağa çalışır. Vətəndaşların əksəriyyəti heç ağıllarına belə gətirmir ki, belə çağırışlar olan videolar süni intellektin köməyi ilə yaradılıb və kibertalamalara daha çox şəxsi cəlb etmək üçün istifadə olunur”.
Saleh Məmmədov deyib ki, bu gün kibertəhlükəsizlik üzrə Ukrayna, Belarus, Rusiyanın çox güclü mütəxəssisləri var: “Azərbaycan universitetlərinin diplomu ilə ölkəmizdə belə mütəxəssis yoxdur. Xaricdə təhsil alanlar isə ölkəyə gəlməyib qalıb orada işləyirlər. Təcili şəkildə  virtual məkanda sərhədlərimizi, informasiya təhlükəsizliyini, elektron pul dövriyyəsini qoruyacaq,  mütəxəssislərin yetişdirilməsi üçün tədbirlər görülməlidir. Süni intellekt bu gün çox böyük sürətlə inkişaf edir. Çox təəssüf ki, Azərbaycanda bu sahə ilə əlaqəli 1 dənə də olsun təhlil, elmi tədqiqat işi yoxdur. Dünyada isə bu gün bu sahə üzrə çox ciddi işlər aparılır. Necə ki, Azərbaycan müstəqillik qazanandan sonra ordumuz, təhlükəsizlik, hüquq-mühafizə orqanlarımız zəif durumda idi, çox ləng formalaşırdı deyə torpaqlarımız işğala məruz qaldı, bu gün virtual məkanda eyni durumdayıq. Azərbaycan təcili şəkildə kibertəhlükəsizlik sahəsində çox ciddi işlər görməlidir. Əks halda bunun nəticələri ölkəmiz üçün çox ağır ola bilər”.
Saleh Məmmədov deyir ki, bəziləri başa düşməməzlikdən süni intellekti təhlükə mənbəyi kimi görür: “Adlarını professor qoyublar, deyirlər ki, süni intellekt dünyanı dağıdacaq. Xəbəri yoxdur ki, süni intellekt insan əli ilə yaranıb. Sən etməyəcəksən, başqaları süni intellektdən yararlanıb irəli gedəcəklər. Qonşu Gürcüstanda, Ermənistanda bu sahədə işlər aparırlar, mütəxəssislər hazırlanır, elmi-tədqiqat lobaratoriyaları işləyir. Azərbaycan da bu sahədə genişmiqyaslı işlərə başlamalıdır ki, virtual banklarımız yarılmasın, bizə qarşı kiber-təxribatlar önlənə bilsin. Bu gün prezidentin adından videoçarx hazırlayırlarsa, sabah daha başqa məzmunda çıxış hazırlayıb, vətəndaşları çaşqın duruma sala, təxribata çəkə bilərlər”.
 
//Musavat.com

22-06-2024, 13:49 89

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903