Mülkə görə bacısını baltalayan qadın kassasiya şikayəti verdi


Sumqayıt şəhərində serebrial-iflicdən əziyyət çəkən, hərəkət məhdudiyyətli bacısını baltalayaraq öldürməyə cəhd edən 1960-cı il təvəllüdlü Kifayət Nurməmmədovanın barəsindəki qərardan kassasiya şikayəti verilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 25-nə təyin edilib.
 
Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. 
 
Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
 
İttihama görə, K.Nurməmmədova xəstə bacısı, 48 yaşlı Aygün Nurməmmədovanı mülkə görə baltalayıb. Belə ki, K.Nurməmmədova bacısının qardaşı Elşadın evinə köçmək qərarına etiraz edib. O, ağır xəstəlikdən əziyyət çəkən bacısının evini qardaşının adına keçirəcəyini düşünüb. K.Məmmədova uzun illərdir bacısına özünün baxdığını deyib. Hadisə də onun qardaşı Elşad mağazaya gedəndə baş verib. Evdə bacısı ilə baş-başa qalan Kifayət mətbəxdən balta götürərək onun başına zərbələr endirib. Hadisədən az sonra Elşad mağazadan gəlib və qapının arxadan bağlı olduğunu görüb. O, dərhal polisə məlumat verib. Polislərin gəlişindən sonra Kifayət qapını açıb və onun bacısını baltalaması məlum olub. Dərhal xəstəxanaya çatdırılan A.Nurməmmədovanın həyatı xilas edilib. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıq adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

24-06-2024, 16:20 130

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041