"YAP-ın uğurlarının arxasında xalqın inamı dayanır" - FOTOLAR


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğattəşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin YAP Saatlı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
 
Sumqayit.tv  xəbər verir ki, görüş Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. O bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.
Çıxış edən deputatlığa namizəd Əziz Ələkbərli əvvəlcə parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən danışıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası həyatın bütün sahələrini əhatə etməklə yanaşı, eyni zamanda bütün istiqamətlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hədəflənmişdir.
Nəhayət qarşıya qoyulan mühüm hədəflərə doğru atılan qətiyyətli adddımlar nəticəsində Azərbaycanın iradəsi ilə Cənubi Qafqazda tam yeni geosiyasi konfiqurasiya yarandı, ölkəmizin obrazı yeniləndi və ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasının tam dağıdılması ilə dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq.
Tədbirdə təşviqat qrupunun üzvləri Lütvəli Şıxəliyev, Bəylər Əliyev və Ürvət Ağayeva çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri Qafqazın ən böyük və nüfuzlu partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində ən layiqli namizəd olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini vurğulayıblar.



















13-08-2024, 17:07 105

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060