Pensiya, müavinət, sosial yardım və təqaüd alanlara ŞAD XƏBƏR!


Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət və təqaüd alan şəxslərə, sosial yardım alan ailələrə, Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə endirimlər təklif olunur.
Sosial ödəniş alanlar üçün mağaza, market, aptek, klinika, restoran və digər məkanlarda 30 faizədək endirim var. Endirim təklif edən şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.
Yeri gəlmişkən, bu günlərdə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə qeydiyyatda olan pensiyaçıların pensiyaları ödəniləcək. Pensiyanızı bankomatdan çıxarmadan pensiya kartınızla endirim təklif edən mağaza, market və apteklərdən alış-veriş edib, restoran və klinikaların xidmətlərindən yararlanıb nağdsız ödəniş etsəniz, 30 faizədək endirimdən faydalanmaq imkanı qazanacaqsınız. Pulu nağdlaşdırsanız və ya pensiya kartından başqa karta köçürüb istifadə etsəniz, bu endirimlərdən yararlana bilməyəcəksiniz. Çünki endirim yalnız sosial ödəniş kartı ilə nağdsız qaydada ödəniş edildikdə tətbiq olunur.
Sosial ödəniş alanlar, “Bazarstore” və “Al market”dən alış-veriş edərək endirimlərdən faydalana bilərsiniz. Ölkəmizin bütün şəhər və rayonlarında bu marketlərin filialları fəaliyyət göstərir. Bazarlıq etdikdən sonra mütləq sosial ödəniş kartı ilə nağdsız qaydada ödəniş edin ki, sizə avtomatik olaraq yerindəcə endirim tətbiq olunsun.
Yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət, təqaüd alan şəxslər, sosial yardım alan ailələr, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üçün “Buta” apteklər şəbəkəsi də endirimlər təklif  edir. Ölkəmizin hər yerində fəaliyyət göstərən bu apteklər şəbəkəsindən alış-veriş etdikdə sizə 3 faizdən 10 faizədək endirim tətbiq olunacaq.
“Baku Electronics”də də sosial ödəniş alan şəxslər üçün endirim fürsəti var. Mağazanın həm Bakıda, həm də regionlarda filialları fəaliyyət göstərir. Əgər endirimli qiymətlərlə məişət avadanlıqları, yaxud elektrotexnika məhsulları almaq istəyirsinizsə, onda bu mağazaya üz tutun. Amma alış-veriş etdikdən sonra hesabı sosial ödəniş kartı ilə ödəməyi unutmayın. Çünki ancaq bu halda sizə endirim tətbiq olunacaq, həm də yerindəcə, avtomatik olaraq. Fürsəti qaçırmayın!  
“McDonald’s” restoranlar şəbəkəsi də endirimli qiymətləri ilə yolunuzu gözləyir. Həm dadlı yeməklər yemək, həm də hesabı endirimli qiymətlərlə ödəmək istəyirsinizsə, bu restoranın Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən filiallarına yaxınlaşa bilərsiniz. Sosial ödəniş alanlara endirim təklif olunan bu məkanlara övladlarınız, nəvə-nəticələrinizlə gedin, qoy körpələr sevinsin, siz isə endirimlərdən faydalanaraq qazanclı çıxın.
Bakı, Sumqayıt və Gəncə şəhərlərində ayaqqabı, çanta və idman geyimlərinin satışını reallaşdıran “FLO” mağazasında da sosial ödəniş alanlara endirimlər tətbiq olunur. Əgər bu mağazadan alış-veriş etmək istəyirsinizsə, tələsin! Hesabı da mütləq sosial ödəniş kartı ilə ödəyin ki, endirim fürsətindən faydalana biləsiniz.
Unutmayın ki, endirimlərdən faydalanmaq üçün alış-veriş və xidmətlərdən istifadə etdikdən sonra ödənişi məhz sosial ödəniş kartı ilə etməlisiniz.
Qeyd edək ki, bu günədək sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni sosial ödəniş kartları vasitəsilə 1 milyondan çox alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar.
Çoxsaylı endirimlər təklif edən digər şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.

9-01-2025, 11:06 89

Digər xəbərlər

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

DİM magistratura imtahanı keçirəcək – 15 minə yaxın bakalavr iştirak edəcək

Abşeronun bəzi ərazilərində qaz təchizatı dayandırılıb

Azərbaycanda xarici kreditlər üzrə icra göstəricisi aşağı olub – Hesablama Palatası

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 09:45
Dünən, 21:38
Dünən, 21:03
Dünən, 20:52
Dünən, 12:53
Dünən, 11:27
Dünən, 11:23
Dünən, 11:21
Dünən, 11:20
Dünən, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1063