Fərid Səfərlinin anası: “Oğluma zülm ediblər...”


“18 yanvar 2025, 685 gündən sonra nəhayət Fərid Azərbaycana təhvil verildi. Əlbəttə, mən istərdim daha tez olsun, amma açığını desəm, Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən, Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona: “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi” deyib.
ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.
Sumqayit.tv xəbər verir ki, bu fikirləri İranda həbsdə saxlanılan və yenicə azad olunan Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.
O əlavə edib ki, Fəridin başına gələnlər haqqında danışılsa, bir kitab yazmaq olar:
“Ona heç bir aidiyyəti olmayan mövzularla uşağı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Məsələn: yapışıblar yaxasından ki, cavab ver “Niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır?” və sair və sair. Düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir ( İranda inqilab məhkəməsində hakimlər hüquqşünaslar deyil, mollalardır). Deyir bütün bu işləri görən adamlar hələ azanın vaxtı gələndə tez prosesi dayandırıb qaçırdılar ibadət etməyə və bu riyakarlıq oranı daha da dözülməz edirdi. İnsana ən çox təsir edən də bu vəhşilər uşağa əziyyət ediblər ki, sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim bir qızımızdan istifadə etmisən, halbuki bu uşaq ora sadəcə pak, həqiqi hisslərlə getmişdi. Əslində isə istər SEPAH-ın terroristləri, istərsə də rejimin mollaları özləri xanımlardan bütün məqsədləri üçün sui-istifadə edirlər.
SEPAH-ın istintaqı gedərkən ilk 51 gün (ilk 3 gün 2 kv.m-lik kiçik bir hücrədə) kiçik bir otaqda tək-tənha asılmaq təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yağdırılan söyüşləri eşitmək nə qədər dəhşətlidir, hələ başqa nələr.
Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Bunu onu təhvil alan DTX əməkdaşları da təsdiq edə bilər. Ürəyi arzularla dolu bir gənci həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək. Statusumu Fəridin sözləri ilə bitirmək istəyirəm: “İran rejimi 23 ay azadlıqdan daha çoxunu aldı məndən. Sanki Oruellin həmin məşhur, mental olaraq işgəncə və dəhşət dolu əsərini reallıqda yaşamaq kimi idi bu”.
Sonda bu azadlığa sevinən, məni təbrik edən hər kəsə təşəkür edirəm!” //Musavat.com

21-01-2025, 11:34 66

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 20:00
Dünən, 19:01
Dünən, 09:07
Dünən, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972