Bu halda sürücülər 500 manat cərimə edilir – Bəs maşın cərimə meydançasına aparılır?


Bəzən avtomobillərin istifadəsi zamanı dövlət nömrə nişanları yararsız hala düşür. Əsasən, yol qəzaları, materialında yaranmış qopmalar, hansısa yad cismin nömrənin üzərini örtməsi və nişanın üzərində plyonka qatı xarab olması kimi hallarda. Bu cür vəziyyətlərdə sürücünü hansı məsuliyyət gözləyir. Həmin vəziyyətdə nəqliyyat vasitəsi cərimə meydançasına aparıla bilərmi?
 
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, belə hallarda sürücülərə cərimələr tətbiq olunur:
 
“Sürücü əgər dövlət nömrə nişanının üzərini xüsusi olaraq və bilərəkdən bağlayıbsa yaxud çıxarıbsa, burada cərimə 500 manatdan başlayır. Bəzi hallarda isə avtomobil idarə olunan zaman dövlət nömrə nişanının üzəri palçıqlı olur və onu oxumaq mümkün olmur. Bu zaman vətəndaş 40 manat məbləğində cərimə olunur.
 
Avromobilin həm önündə, həm də arxasında dövlət nömrə nişanı görünən və oxunan vəziyyətdə olmalıdır. Onların hər hansı birində zədə olarsa, birinin üzəri xüsusi olaraq bağlansa və ya ümumiyyətlə nömrənin özü olmasa, bu da artıq məsuliyyət yaradır və sürücü qeyd etdiyim məbləğdə cərimə oluna bilər.
 
Yağmurlu havalarda belə əgər dövlət nömrə nişanı palçıqlı qalıbsa, bu da məsuliyyət yaradır və 40 manat cərimədir. Ona görə də sürücü daimi avtomobilinin dövlət nömrə nişanını təmiz saxlamalıdır”.
 
Ekspert nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması vəziyyətinə də aydınlıq gətirib:
 
“Avtomobilin dövlət nömrə nişanı yoxdursa, onun idarəolunması məhdudlaşdırılır. Sürücüyə həmin avtomobili idarə etməyə imkan verilmir. Həmin nömrə sürücüdən tələb edilir. Əgər yoxdursa, avtomobil cərimə meydançasına aparıla bilər. Sürücü avtomobilin dövlət nömrə nişanının oxunmasının qarşısını alan hər hansı bir cihaz quraşdırıbsa, həmin cihaz müsadirə edilir və vətəndaş yenə də 500 manatdan başlayan məbləğdə cərimə edilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0703334950 (Whatsapp)

17-02-2025, 19:34 249

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041