Azərbaycanda uşaqlara görə ödənişlər veriləcək? – Deputatdan şad xəbər


Azərbaycanda uşaqların sayında azalma müşahidə edilir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, ötən il ölkədə 102 min 310 körpə doğulub. Bu rəqəm 2022-ci ildə 122 min 846, 2023-cü ildə isə 112 min 620 olub. Prosesin bizim üçün yaxşı vədlər vermədiyi bildirilir, hətta gənc ailələrə müəyyən maddi yardımların edilməsi, uşaqpulunun yenidən bərpası təklif olunur.

Dövlət bu istiqamətdə hansı addımları atmalıdır?

Sumqayit.tv
xəbər verir ki, Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, bu gün uşaqpulu verən ölkələrin əksəriyyətində demoqrafik böhran yaşanır:

“Belə vəziyyətdə onların uşaqların doğulmasını stimullaşdıran addımlar atması təbiidir. Azərbaycanda isə demoqrafik vəziyyət hələ ki normal səviyyədədir. Lakin uşaqların sayının azalması bizi düşündürməlidir”.

Sabiq nazirin fikrincə, hökumət bununla bağlı yeni bir strategiya ortaya qoymalıdır:

“Gecikmək olmaz. Çünki sonra demoqrafik sahəni stabilləşdirmək üçün bir-iki il yox, bəzən on və daha çox illər tələb oluna bilər. Hesab edirəm ki, dövlət bu proseslərə biganə deyil. Yaxın zamanlarda zəruri addımların şahidi olacağıq”.

Deputat Razi Nurullayev bir müddət əvvəl uşaqların sayının azalması ilə bağlı SOS verildiyini bildirib:

“Əhalinin sayının azalmasını istəmiriksə, uşaqpulunun verilməsi vacibdir. Elə bu səbəbdən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində “çoxuşaqlı ana” anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı aparılan müzakirələr müsbət qarşılanıb. Aidiyyəti dövlət qurumu da məsələyə isti yanaşıb, ilkin razılıq əldə olunub. Məsələnin müsbət yöndə həllini tapacağını düşünürəm”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0703334950 (Whatsapp)

20-02-2025, 19:03 122

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041