Qışda maşınlar niyə yanır?


Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verib.
Bəlkə də əksəriyyətimiz bu xəbəri oxuyanda “Qarlı-şaxtalı gündə də maşın yanar” deyə öz-özümüzə sual vermişik. Bəs avtomobillər niyə yanır?
Mövzu ilə bağlı avtomobil ustası Əziz Abbasov Bakıvaxtı.az-la fikirlərini bölüşüb.
O bildirib ki, avtomobillərdə yanğın hadisələrinin əsas səbəblərindən biri elektrik sistemində yaranan nasazlıqlardır. Xüsusilə, istehsalçı tərəfindən nəzərdə tutulmayan, sonradan quraşdırılan avadanlıqlar - LED işıqlar, ambians işıqlandırma, maqnitofonlar, səs gücləndiricilər və digər cihazlar düzgün montaj olunmadıqda, naqillərdə həddindən artıq yüklənmə yarada bilər. Bu da zamanla qızmaya və qısaqapanmaya səbəb olur.
“Qarlı və yağışlı havada avtomobilin elektrik sistemində mövcud olan açıq naqillər nəmlənmə nəticəsində qısaqapanma yaradaraq yanğına səbəb ola bilər. Eyni zamanda, mühərrik hissəsində yığılan duzlu su qarışığı elektrik detallara zərər verə və izolyasiya qatını aşındıra bilər. Buna görə də avtomobil sahibləri mütəmadi olaraq elektrik sistemini yoxlatmalı və əlavə avadanlıqları yalnız peşəkar ustalara quraşdırmalıdırlar”,- deyə usta vurğulayıb.

Əziz Abbasov, avtomobil ustası
Onun sözlərinə görə, avtomobillərdə baş verən yanğınların qarşısını almaq üçün standartlara uyğun qoruyucular və keyfiyyətli naqillərdən istifadə edilməlidir. Həmçinin, elektrik sistemində hər hansı müdaxilə edildikdə, işin peşəkarlar tərəfindən görülməsi vacibdir.
"Avtomobilinizin təhlükəsizliyi üçün elektrik sisteminə daim nəzarət edin və nasazlıqları vaxtında aradan qaldırın",- deyə Əziz Abbasov qeyd edib.

25-02-2025, 15:28 106

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041