Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL

 

Bir müddət öncə sabiq baş nazir Artur Rasizadə ilə böyük rezonans doğuran müsahibəmiz “Yeni Müsavat” qəzetində və Musavat.com saytında dərc olunmuşdu. 

Ölkəmizin iqtisadi komandasına uzun illər rəhbərlik etmiş həmsöhbətimizin səmimi cavabları bir çox oxucularımızda maraq doğurmuş, hətta onun azərbaycanca belə sərbəst danışmasına, üstəlik, Hüseyn Cavidin əsərindən parçanı ana dilimizdə söylədiyinə inanmadıqlarını deyənlər də olmuşdu. Amma fakt faktlığında qalır və Artur Rasizadə bizimlə məhz ana dilimizdə danışıb, özü də hər hansı rusca ifadədən istifadə etmədən. Müsahibəmizin dərc olunmasından sonra bəzi oxucularımız bir sualı unutduğumuzu bizə dostyana “irad” tutdular və xahiş etdilər ki, imkan düşəndə bu barədə eks-baş nazirdən soruşaq. Söhbət cənab Artur Rasizadənin adının tarixçəsindən gedir.

Xatırladaq ki, 1942-ci ildə İkinci Dünya Müharibəsində - Krım cəbhəsində həlak olan kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu Artur müəllim əslən Naxçıvan Muxtar Respublikasından olsa da, 26 fevral 1935-ci ildə Gəncədə doğulub. Həqiqətən də təəccüblü görünə bilər, böyük türkçülük ideyasının daşıyıcısı və qurbanı olmuş Hüseyn Cavid nəslinin təmsilçisinə - onun böyük qardaşının nəvəsinə necə  olub ki, Artur adını qoyublar? Yeri gəlmişkən, Cavid həbs ediləndə Artur Rasizadənin 3 yaşı var idi. Bu mənada türkçü ailəsində yeni doğulan körpəyə qoyulan ad ətrafında müzakirələrin getməsi təbiidir, hətta sabiq baş nazirin 90 illik yubileyini qeyd etməsindən sonra da...

Elə bu barədə təkrarən hörmətli Artur müəllim Rasizadəyə müraciət etdikdə, gülərək səmimiyyətlə sualımızı cavablandırdı: “Bu adı mənə atam verib. Mən dünyaya gələndə anam bərk xəstə idi, ölüm-dirim məsələsi var idi. Atam deyib ki, mən uşağa Artur adı verirəm”.


A.Rasizadə atasının nədən bu adın üzərində dayanmasına da aydınlıq gətirdi:

“Burada iki versiya var. Avropa yazıçılarından biri Ethe Voyniçin (irland əsilli ingilis yazıçısı-E.P.) “Ovod” əsəri var. Bu əsərin baş qəhrəmanı Artur Burtodur və əsər onun həyatından bəhs edir. Məncə, bu versiya doğrudur. Amma ikinci versiya da uyğun gəlir. Anam sonralar mənə deyirdi ki, oğlu olsa adını Teymur qoymaq istəyirmiş. Nəyə görə? Çünki anamın adı Tamara, atamın adı Tahir idi, bir bacım var, onun adı Tamilla idi. Anam istəyirdi ki, oğlunun da adı Teymur olsun və T ilə başlayan 4 ad olsun. Amma atam Artur adını qoydu”.

e2748216-b524-4001-b62b-5c4b568fa23b.jpeg (8 KB)

 A.Rasizadə burada Hüseyn Cavidlə bağlılığın olduğunu da vurğuladı: “Cavidin oğlunun adı Ərtoğrul, qızının adı Turan idi. Mənim adım Cavidin övladlarının ilk hecasından götürülüb: Ar – Tur. Bax, mənim adımın tarixi belədir”.  

Sabiq baş nazir adının ətrafında dolaşan bəzi mənasız iddialara da münasibətini açıqladı: “Bəzən bizimkilər yazırdılar ki, Artur erməni adıdır. Bu, gülməli şeydir.  Artur Konan Doyl məşhur ingilis yazıçısı olub. Ümumiyyətlə, bu addan çox ölkələrdə, millətlərdə istifadə olunur”.


10-03-2025, 12:32 122

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041