Özünü özəl detektiv kimi təqdim edərək qadını şantaj etdi – QƏRAR

 

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən T.Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sumqayit.tv Pravda.az-a istinadən  xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, T.Məmmədov tamah niyyəti ilə tanışı, zərərçəkmiş G.G.-nin (ad, soyadı şərtidir) əmlakını hədə-qorxu ilə tələb edib. O, bu məqsədlə 2022-ci ildə yalandan özünü “Dedektiv.az” səhifəsinin özəl detektivi kimi təqdim edərək qadın barəsində rüsvayedici səs, videogörüntülər və fotoşəkillər əldə etdiyini bildirib. Sonra təqsirləndirilən şəxs həmin əldə etdiyi rüsvayedici səs, videogörüntülər və fotoşəkilləri zərərçəkmişin ailə üzvlərinə, qohumlarına göndərəcəyi və sosial şəbəkələrdə yerləşdirəcəyi barədə yazılmış mətni, imzasız məktubu Şəki şəhərində yaşayan və işləyən G.G.-yə göndərib. Daha sonra o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən “İnstagram” sosial şəbəkəsində “Dedektiv.az” səhifəsindən və müxtəlif feyk profillərdən zərərçəkmiş şəxsin yaxınlarının “İnstagram”ına G.G.-nin barəsində rüsvayedici səs, videogörüntülər və fotoşəkilləri digər ailə üzvlərinə, qohumlarına və sosial şəbəkələrdə yerləşdirəcəyi ilə bağlı mesajlar yazıb. T.Məmmədov onların vasitəsi ilə G.G.-dən hədə-qorxu ilə 18000 manat məbləğində pul tələb edib.

Hadisədən sonra T.Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb. Sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.



17-04-2025, 11:03 111

Digər xəbərlər

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

DİM magistratura imtahanı keçirəcək – 15 minə yaxın bakalavr iştirak edəcək

Abşeronun bəzi ərazilərində qaz təchizatı dayandırılıb

Azərbaycanda xarici kreditlər üzrə icra göstəricisi aşağı olub – Hesablama Palatası

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 09:45
Dünən, 21:38
Dünən, 21:03
Dünən, 20:52
Dünən, 12:53
Dünən, 11:27
Dünən, 11:23
Dünən, 11:21
Dünən, 11:20
Dünən, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1063