Sumqayıt Regional Vəkil Bürosu Türkiyənin Eskişehir Barosu ilə qardaşlaşa bilər

 

Türk dövlətlərinin Vəkillər Kollegiyaları Birliyinin yaradılması istiqamətində mühüm addımlar atılır

Yaxın gələcəkdə Türk dövlətlərinin Vəkillər Kollegiyaları Birliyi yaradıla bilər. Bu təşəbbüs türk dövlətləri arasında hüquqi əməkdaşlığın gücləndirilməsini və ortaq hüquq platformasının formalaşdırılmasını nəzərdə tutur.

Sumqayit.tv xəbər verir ki, bu barədə məlumat Azərbaycan Vəkillər Kollegiyasında Türkiyənin Eskişehir Barosunun rəhbəri Barış Günaydının başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə səsləndirilib.

Görüşü açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan ilə Türkiyə arasında mövcud qardaşlıq və dostluq münasibətlərinin hüquq sahəsində də getdikcə dərinləşdiyini bildirib. O, kollegiyada həyata keçirilən islahatlar, institusional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlərdən danışıb.

Anar Bağırov, ötən il Ankara şəhərində keçirilən Türk dünyası vəkillər kollegiyalarının zirvə görüşünü xatırladaraq, həmin tədbirdə imzalanan niyyət bəyannaməsinin əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Görüş zamanı Sumqayıt Regional Vəkil Bürosu ilə Eskişehir Barosunun qardaşlaşmış büro elan edilməsi təklifi irəli sürülüb. Kollegiya sədri bu ideyanı yüksək qiymətləndirərək, qarşılıqlı əlaqələrin və təcrübə mübadiləsinin daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Eskişehir Barosunun rəhbəri Barış Günaydın isə səmimi qəbula görə təşəkkürünü bildirib və gələcəkdə iki qurum arasında birgə təlim və seminarların təşkilinə ümidvar olduğunu deyib.

Görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, xatirə hədiyyələri təqdim olunub və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

 


4-11-2025, 19:16 116

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041