Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.Sumqayit.tv xəbər verir ki, “Sun Food” MMC tərəfindən istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə edilmiş müraciət əsasında həmin şirkət tərəfindən istehsal olunmuş, istifadə müddəti bitmiş və istehlaka yararsız 34,535.6 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.