“Atalar məktəbi” proqramı Azərbaycanda fəaliyyətə başladı – Sumqayıt da layihəyə qoşulub - FOTO

 

Azərbaycanda valideynlik bacarıqlarının gücləndirilməsinə yönəlmiş “Atalar məktəbi” proqramının icrasına start verilib.

Sumqayit.tv xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Forest School Azerbaijan” tərəfindən “Atalar məktəbi” proqramının icrasına başlanılıb. Layihə ailələrin çətin həyat şəraitinə düşməsinin qarşısının alınması və valideynlərin məsuliyyətli valideynlik bacarıqlarının artırılmasına dəstək göstərməyi hədəfləyir.

Proqramın əsas məqsədi ataların valideynlik prosesində aktiv iştirakını gücləndirmək, ailədaxili münasibətlərin sağlam əsaslarla qurulmasına töhfə vermək, həm oğlan, həm də qız uşaqlarının ailədə bərabər dəyərə malik fərdlər kimi qəbul olunmasını təşviq etməkdir. Bununla yanaşı, uşaqların fiziki və psixoloji inkişafının daha effektiv şəkildə dəstəklənməsi də layihənin prioritetləri arasındadır.

Layihə çərçivəsində müvafiq bilik və təcrübəyə malik 10 təlimçi seçilərək xüsusi hazırlıq təlimlərindən keçib. Təlimləri tamamlayan fasilitatorlar dekabr ayı ərzində bölgələrdə atalar üçün maarifləndirici sessiyalara başlayacaqlar.

Proqram Sabunçu və Binəqədi rayonları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Xırdalan, eləcə də Masallı, Cəlilabad, Tovuz və Şəmkir rayonlarını əhatə edəcək. Ümumilikdə 250 ata layihəyə birbaşa cəlb olunacaq.

5 dekabr 2025-ci il tarixində layihənin təqdimat mərasimi və məlumatlandırma sessiyası keçirilib. Tədbirin məqsədi proqramın məqsəd və əhatə dairəsini ictimaiyyətə təqdim etmək, təlim keçmiş fasilitatorlarla görüşmək və bölgələrdə fəaliyyətə başlamadan öncə koordinasiya yaratmaqdan ibarət olub.

Beynəlxalq araşdırmalar göstərir ki, ataların ailə həyatında aktiv iştirakı çətin şəraitdə yaşayan ailələrin rifahını artırır, eyni zamanda sağlam ata–övlad münasibətləri uşaqların sosial bacarıqlarını və psixoloji dayanıqlığını gücləndirən əsas amillərdəndir.

 

 

 

 

 


8-12-2025, 12:01 31

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041