Sumqayıtda çörək bahalaşacaq?

 

Azərbaycanda 50 kiloqramlıq un kisəsinin son topdansatış qiymətləri məlum olub.

Sumqayit.tv xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Məlumatda Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şabran, Xaçmaz və digər bölgələrdə fəaliyyət göstərən ümumilikdə 28 sahibkarlıq subyekti yer alıb.

Belə ki, 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri 26,10 manat - 28,60 manat aralığında dəyişir.

Məlumata görə, ən aşağı qiymət Şabran rayonunda fəaliyyət göstərən “Dəvəçi-Taxıl” MMC-də (26.1 manat), ən yüksək qiymət isə Gəncə şəhərində yerləşən “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-də (28.6 manat) qeydə alınıb.

Maraqlıdır ki, son bir ildə ilk dəfə unun topdansatış qiyməti 45-50 qəpik bahalaşıb.

Bəs bu bahalaşma çörəyin qiymətinə təsir edə bilər?

Sumqayit.tv xəbər verir ki, suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında unun bahalaşmasının çörəyin qiymətinə təsir edə biləcəyini deyib:

“Amma təsir mütləq və dərhal deyil. Un çörəyin əsas xammalıdır, ona görə də topdansatış qiymətinin bahalaşması çörək istehsalçılarının xərclərini artırır. Bu da uzun müddətdə çörəyin qiymətinə təzyiq yarada bilər. Amma çörəyin qiyməti yalnız unla formalaşmır. Elektrik, qaz, əməkhaqqı, daşınma, icarə və satıcıların marjası da mühüm rol oynayır.

Üstəlik, istehsalçılar və mağazalar bazar rəqabətini və alıcılıq qabiliyyətini nəzərə alaraq qiyməti dərhal qaldırmaya bilərlər.

Əvvəlki illərin təcrübəsi göstərir ki, un bahalaşsa da, çörəyin qiyməti bəzən bir müddət sabit qalır və artım yalnız xərclər uzunmüddətli və davamlı olarsa, baş verir. Yəni indiki 45–50 qəpik artım təkbaşına çörəyin qiymətinin mütləq qalxacağı demək deyil, amma bu, riskin artdığını göstərir”.


23-12-2025, 17:14 169

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086