Sumqayıt istiqamətində metro genişlənir, gediş haqqı artırılacaq -Açıqlama

 
“Bakı Metropoliteni” QSC ötən ili 139,616 milyon manat zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 81,6 % çoxdur. Bununla da, metronun yığılmış zərəri 4,7 % artaraq 3 milyard 109,540 milyon manata çatıb. Gediş haqqının 50 qəpikdən 60 qəpiyə qalxması da zərəri azalda bilməyib.

 

Bəs metro nə üçün zərərlə işləyir?

 

Sumqayit.tv Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev xatırladıb ki, pandemiya dövründə metro fəaliyyəti 270 gün dayandırılıb:

Ekspert: “Keyfiyyətli, təhlükəsiz, uzunmüddətli yol istəyiriksə, kompleks  tədbirlər planı həyata keçirilməlidir” Pravda.az

“Buna baxmayaraq, işçilərin maaşları ödənilib. Gəlir olmasa da, müəyyən xərclər mövcud olub. Digər tərəfdən, bu müddətdə metronun istismar xərcləri davam edib, həmçinin yeni qatarlar alınıb. Bu kəsirin azaldılması zamanla baş verəcək. Çünki pandemiya dövründən əvvəlki sərnişin daşınması səviyyəsinə hələ tam çatılmayıb. 58 yaşlı metronun özünəməxsus çağırışları var. Metronun müstəqil, üç xəttin daha minimum intevalla fəaliyyəti üçün xəttlər ayrılmalıdır. Hər bir xəttin özünün deposu olmalıdır. Daha çox sərnişini daşımaq üçün heç bir texniki məhdudiyyət olmamalıdır. Bu məhdudiyyətlər hazırda var”.

 

R.Ağamirzəyev qeyd edib ki, onların aradan qaldırılması üçün Dövlət Proqramına əsasən  ilkin mobilizasiya işləri başlanılıb: “Gələn ildən düşünürəm ki, aktiv tikinti işlərinə başlanılacaq. Həmçinin də hazırda 27 stansiya, 40.7 kilometr  şəbəkə varsa, bu şəbəkənin də böyüməsi üçün qərar verilib. İlkin mərhələdə 10 stansiyanın tikilməsi və yeni Bənövşəyi xəttin şəhərə çatdırılması əsas prioritetlərdən biridir. Bu layihə sayəsində daha çox sərnişin qısa intervalla şəhərin şimal istiqamətindən, Xırdalan və Sumqayıtdan mərkəzə daha sürətli çatdırılmaqla, fərqli nöqtələrdə keçid imkanları yaradan təkliflər formalaşdırılır. Həmçinin 8 Noyabr prospekti boyunca Yaşıl xəttin davamı Xətai istiqamətindən Həzi Aslanova qədər uzadılması planlaşdırılır. Bu, 8 km-lik ərazidə yaşayan sakinlər üçün yeni alternativ marşrut yaradacaq. Beləliklə, sərnişinlərə Koroğlu istiqamətindən və digəri isə 8 Noyabr prospekti boyunca hərəkət edərək gəlmə imkanı yaradacaq. Bu layihələr mərhələli şəkildə 2030-cu ilə qədər icra olunacaq. Beləliklə, daha çox sərnişin daşınacaq və metronun kəsiri azaldılacaq. Eyni zamanda, yanaşmaların dəyişməsi vacibdir. Metro öz xərclərini ödəmək üçün öz sahəsində fərqli təkliflər formalaşdırmalıdır. Məsələn, sərnişinlər uzaq məsafə qət edərkən və müəyyən stansalarda iş görüşmələri keçirmək istəyəndə kafelərin yaradılması və iş üçün imkanlar təşkil olunmalıdır.  Bu obyektlər metronun sahəsində fəaliyyət göstərəcək və nəticədə sakinlər daha çox məmnun qalacaq, metro da qazanc əldə edəcək. Düşünürəm bu məsələlər kompleks formada həll edilməlidir və mərhələ ilə də bu istiqamətdə işlər gedəcək”.

 

Ekspert onu da əlavə edib ki, gediş haqqı artırılmayacaq: “Qiymətin artırılması məsələsi müzakirə edilmir və gündəmdə deyil”.

 


23-12-2025, 17:28 37

Digər xəbərlər

"Sumqayıt” və digər iki klub azarkeş davranışına görə cərimələndi

Bu şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Sumqayıtlı şagird beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb

Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt məktəbliləri Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Soyqırımı Muzeyini ziyarət edib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Sumqayıtda torpağa tapşırılacaq - FOTO

Sabah Ramazanın ilk günüdür: İmsak, iftar, dua

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

Sumqayıtdə kolleclərə sənəd qəbulu bu gündən başlayır

Rüşvət ittihamlı sabiq rəisin işi Sumqayıt məhkəməsində

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir? - AÇIQLAMA

Beynəlxalq futbol həyəcanı Sumqayıtda – “FIFA Series – 2026”nın finalı burada keçiriləcək

Sumqayıt sakini Temu və kargo şirkətindən şikayətçidir: “Bağlama səbəbsiz geri qaytarılıb, hüquqlarım tapdanır”

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər

Sumqayıtda yerləşən “Tullantıları İdarəetmə Mərkəzi” maliyyə auditi üçün kotirovka elan edib

Ramazan ayı başlayır - Təqvim açıqlandı

İzmir Xocalı Soyqırımının 34-cü İldönümünə hazırlaşır - FOTO

Sumqayıtda yol və kanalizasiya problemi sakinləri çətin vəziyyətdə qoyub – Təcili yardım belə gəlmir- VİDEO

Strateji etimadın siyasi enerjisi: Bakı–Belqrad xəttində inkişaf və ortaq gələcək

Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb

1 2 3 4 5 6 7 8 9 10 ... 1019
Bu gün, 14:44
Bu gün, 14:37
Bu gün, 13:34
Bu gün, 11:41
Bu gün, 11:24
Bu gün, 10:49
Bu gün, 10:46
Bu gün, 10:20
Dünən, 18:12
Dünən, 17:42
Dünən, 17:01
Dünən, 16:55
Dünən, 16:38
Dünən, 12:20
Dünən, 12:08
Dünən, 11:44
Dünən, 11:39
Dünən, 11:02
Dünən, 10:34
Dünən, 10:20
16-02-2026, 16:36
16-02-2026, 15:58
16-02-2026, 15:50
16-02-2026, 15:43
16-02-2026, 15:08
16-02-2026, 15:06
14-02-2026, 19:08
14-02-2026, 18:50
14-02-2026, 14:38
14-02-2026, 12:53
14-02-2026, 11:31
13-02-2026, 22:10
13-02-2026, 09:45
13-02-2026, 09:30
13-02-2026, 09:06
13-02-2026, 00:32
12-02-2026, 19:05
12-02-2026, 15:50
12-02-2026, 13:44
12-02-2026, 13:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1019