Bakı üzrə taksi kvotasının tətbiqi Sumqayıta necə təsir göstərəcək?


Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən buraxılış kartlarının sayı 25 min kvota ilə məhdudlaşdırılıb.

Sumqayit.tv xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.

Qərara əsasən, Bakı üzrə taksi fəaliyyəti ilə bağlı icazə və buraxılış kartları üçün müraciətlərin qəbulu 30 dekabr 2025-ci il saat 23:59-dək aparılacaq. Həmin tarixdən sonra yeni müraciətlər yalnız kvotada boş yer yarandıqda və növbəlilik prinsipi əsasında qəbul ediləcək.

Maraqlıdır ki, Bakı üçün müəyyən edilən bu kvota Sumqayıt şəhərinə və Sumqayıt–Bakı istiqamətində gündəlik hərəkət edən minlərlə sərnişinə necə təsir göstərəcək?

Məlumdur ki, Sumqayıt Bakı ilə sıx nəqliyyat əlaqəsində olan şəhərdir. Hər gün minlərlə Sumqayıt sakini iş, təhsil və digər məqsədlərlə Bakı istiqamətində taksi xidmətindən istifadə edir. Bu baxımdan Bakı üzrə taksi sayının məhdudlaşdırılması dolayısı ilə Sumqayıtda da taksi əlçatanlığı və qiymətlərə təsir edə bilər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov daha əvvəl mediaya açıqlamasında bildirmişdi ki, tənzimləmələrdən əvvəl Bakıda 65–70 minə yaxın taksi fəaliyyət göstərirdisə, hazırda bu rəqəm təxminən 35 minə enib. Onun sözlərinə görə, taksi sahəsində islahatlar davam etdiriləcək.

Taksi sahəsində son illər aparılan dəyişikliklərin əsas məqsədi sərnişin təhlükəsizliyinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və bazarda nizam-intizamın təmin olunmasıdır. Hazırda yalnız lisenziya və icazə kartı olan sürücülərə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilir, icazəsiz fəaliyyətə görə isə cərimələr tətbiq olunur. Ödənişlər yalnız taksometr və rəsmi tətbiqlər üzərindən aparılmalıdır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, kvota sürücülərin sayına deyil, taksi kimi istismar olunan avtomobillərə tətbiq olunur:

“25 min kvota Bakı şəhəri üzrə icazəli taksi avtomobillərinin sayını əhatə edir. Sürücülərin sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Hazırda fəaliyyət göstərən və buraxılış kartı olan avtomobillər işləməyə davam edəcək. Kvotanın qısa müddətdə dolacağını düşünmürəm”.

Ekspertin sözlərinə görə, Bakı ilə yanaşı Sumqayıt kimi yaxın şəhərlərin inteqrasiya olunmuş nəqliyyat sistemi ciddi problemlərin yaranmasının qarşısını alır:

“Bakı Sumqayıtla sıx bağlı şəhərdir. Bu baxımdan kvotanın tətbiqi nə Bakı, nə də Sumqayıt üçün kəskin taksi çatışmazlığı yaratmayacaq. Taksi qıtlığı olmadığı halda qiymət artımı da gözlənilmir”.

Bununla belə, Sumqayıt sakinləri arasında artıq pik saatlarda taksi tapmaqda çətinliklər və qiymətlərin artması ilə bağlı narazılıqlar müşahidə olunur. Ekspertlər hesab edirlər ki, Bakı üzrə qəbul edilən qərarların regionlarla, xüsusilə Bakı–Sumqayıt nəqliyyat axını nəzərə alınmaqla tətbiqi vacibdir.

Mövzu Sumqayıt ictimaiyyəti üçün də aktual olaraq qalır və taksi bazarındakı dəyişikliklərin şəhərdaxili və Bakı istiqamətli sərnişindaşımaya real təsirləri yaxın dövrdə daha aydın görünəcək.


26-12-2025, 12:08 82

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041