Sumqayıtın yetirməsinə yüksək vəzifə verildi - FOTO

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) yeni rəis müavini kollektivə təqdim edilib.

Sumqayit.tv xəbər verir ki, bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, ADSEA sədri Zaur Mikayılovun əmrinə əsasən, Əliağa Əzizov rəis müavini vəzifəsinə təyin olunub. Bu, Xidmət üzrə ikinci rəis müavini təyinatıdır.

Bununla bağlı Xidmət rəisi Rafiq Aslanovun iştirakı ilə tədbir keçirilib. Xidmət rəisi çıxışında qeyd edib ki, dünən ölkə başçısının rəhbərliyi ilə keçirilmiş müşavirə Azərbaycanın su təhlükəsizliyi sahəsində aparılan islahatların strateji əhəmiyyətini bir daha göstərdi.Cənab Prezidentin Sərəncamı ilə təsdiq olunmuş Milli Su Strategiyası artıq icra mərhələsində konkret nəticələr verməkdədir və içməli su təminatı, su itkilərinin azaldılması, su-kanalizasiya və yağış suları infrastrukturunun inkişafını prioritet istiqamət kimi müəyyən edir.

Rəis müavini Əliağa Əzizov etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb.

Əliağa Əzizov 1996-cı ildə Sumqayıtda anadan olub. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi ixtisasını bitirib, 2018-2020-ci illərdə BMT-nin FAO proqramı çərçivəsində Macarıstanda “Su ehtiyatlarının idarə edilməsi” üzrə magistr təhsili alıb və Hollandiyada su diplomatiyası üzrə ixtisasartırma kursunu bitirib. 2020-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi, 2023-cü ildən ADSEA-da “Elm və innovasiya” sektorunun müdiri, 2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb. Evlidir.


14-01-2026, 10:13 54

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041