Sumqayıt marşrutlarında avtobus sayı artırılır, intervallar qısaldılır

 
Son 4 ildə Bakı və şəhərətrafı sərnişindaşımada 67 milyondan çox artım var.

Sumqayit.tv xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ümumilikdə nağdsız ödəniş olan avtobusların sayı 1 800-ə çatıb: "Bu rəqəm 2022-ci ildə 1000 avtobus təşkil edirdi. Eyni zamanda, Sumqayıt şəhəri və Saray qəsəbəsi istiqamətinə işləyən marşrut xətlərinə 98 avtobus əlavə edilib, 40 000 nəfər sərnişin daşınması imkanı yaradılıb. Avtobusların intervallarının təmin edilməsi üçün Bakı şəhərində xüsusi hərəkət zolaqları şəbəkəsi yaradılıb. Ümumilikdə 40-a yaxın küçə və prospektdə 114 kilometr zolaq təşkil olunub".

A.Rzayev bildirib ki, son 4 ilin nəticələrinə əsasən, avtobusla Bakı və şəhərətrafı sərnişindaşımada ümumilikdə 67,3 milyon artım var: "Gündəlik xəttə buraxılan avtobusların sayında isə 32 % artım müşahidə olunur. Əgər 2022-ci ildə 1720, 2023-cü ildə 1950, 2024-cü ildə 2160 avtobus gündəlik xəttə buraxılırdısa, hazırda bu rəqəm 2300-ə yaxındır".

O qeyd edib ki, gedişhaqqının nağdsız ödənilməsinin xüsusi çəkisi 85 %-ə çatıb: "Eyni zamanda, ekoloji təmiz avtobusların xüsusi çəkisi 55 %-dir".


28-01-2026, 11:08 32

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041