III Orta Asiya Nobel Festivalının açılış mərasimi keçirilib



Oktyabrın 26-da “Gələcək artıq bu gündür” adlı III Orta Asiya Nobel Festivalının onlayn formatda açılış mərasimi keçirilib.
 
Sumqayit.tv xəbər verir ki, “SABAH qrupları” layihəsinin tərəfdaşlığı ilə keçirilən onlayn elmi simpoziumunun əsas mövzusu yaşıl reallıq, təhsil və gələcəyin peşələri, innovasiyalar əsri və insanlar üçün iqtisadiyyat istiqamətlərinə həsr olunub.
 
Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov festivalın aparıcı alimlər, mütəxəssislər və Nobel mükafatı laureatları ilə əlaqələri gücləndirməyə kömək etdiyini, Mərkəzi Asiya ölkələrində təcrübə mübadiləsi aparmaq, elmi potensialın və innovasiyaların inkişafı üçün təkliflər vermək imkanı yaratdığını qeyd edib. Nazir müavininin sözlərinə görə, festival ali təhsil müəssisələrinin tələbələrinə, professor-müəllim heyətinə elm və texnologiyanın ən son nailiyyətləri haqqında əlavə məlumat almaq imkanı verəcək.
 
Təhsilin hər bir ölkənin gələcəyini və uğurlu inkişafını müəyyən etdiyini vurğulayan Firudin Qurbanov bildirib ki, bu baxımdan hər bir şagirdin yaradıcı inkişafı üçün şərait yaratmaq lazımdır. Bu kontekstdə Azərbaycanda təhsil sisteminin səmərəliliyinin artırılması istiqamətində islahatlar aparıldığına toxunan nazir müavini Təhsil Nazirliyi tərəfindən həyata keçirilən innovativ layihələr haqda iştirakçılara məlumat verib. Festivalın tərəfdaşı olan “SABAH qrupları” layihəsindən söz açan Firudin Qurbanov qeyd edib ki, layihə ali təhsil sistemində yeni unikal mühit yaratmaq üçün nəzərdə tutulmuş innovativ layihədir.
 
Festivalın alimlərlə geniş ictimaiyyət arasında dialoqun təkmilləşdirilməsinə öz töhfəsini verəcəyini deyən nazir müavini çıxışının sonunda festivalın işinə uğurlar arzulayıb.
 
Mərasim digər qonaqların çıxışları ilə davam etdirilib.
 
Bildirilib ki, III Orta Asiya Nobel Festivalında 40 mindən çox iştirakçının olacağı gözlənilir. Festivalın proqramına sadalanan istiqamətlər üzrə 25 mühazirə, müzakirələr və digər tədbirlər daxildir. Festivalın onlayn platformasında dörd Nobel mükafatı laureatı, iki sıçrayış mükafatı laureatı (“Elm Oskarları”), eləcə də bir sıra dünya səviyyəli ekspertlər çıxış edəcəklər.

19-10-2021, 16:37 160

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041