
Sumqayıt şəhərində vətəndaş məmnunluğunun artırılması məqsədilə növbəti səyyar qəbul-görüş keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə təşkil olunan qəbul şəhərin 1-ci məhəlləsində baş tutub.
Sumqayit.tv xəbər verir ki, səyyar qəbulda şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşların sosial müdafiə, kommunal xidmətlər, məişət şəraiti, yol və infrastrukturla bağlı müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, əlavə araşdırma tələb edən müraciətlər üzrə isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Şəhərdə aparılan abadlıq və quruculuq işləri, infrastrukturun yenilənməsi və sosial rifahın artırılmasına yönəlmiş layihələr barədə sakinlərə məlumat təqdim olunub.




7-02-2026, 09:32
119