
QHT layihələrinin təhlili zamanı bəzi uyğunsuzluqlar da aşkarlanıb. Bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, layihələrdən birində Qarabağ və Naxçıvanda yaşayan gənclərlə işləmək nəzərdə tutulsa da, icra planında göstərilən bütün tədbirlərin Sumqayıtda keçirilməsi planlaşdırılıb.
Agentlik nümayəndəsi qeyd edib ki, belə uyğunsuzluqlar layihələrin uğur qazanmasına mənfi təsir göstərir və qiymətləndirmə zamanı nəzərə alınır.
11-03-2026, 19:34
45