Orqanik gübrənin hazırlanması ilə bağlı layihə



Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Rusiya şirkəti "EkoTex-Burenie" arasında bağlanmış elmi-texniki əməkdaşlıq müqaviləsi çərçivəsində institutda orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilib.

Sumqayit.tv xəbər verir ki, kompost üçün materialların seçilməsi, reagentlərdən istifadə etməklə konservləşdirilmənin aparılması, yetişdirilmiş məhsulun tərkib komponentlərinin elmi araşdırılması, laborator analizi və hazır məhsulun istifadəsi zamanı əkin sahələrində torpaq tərkibinin zənginləşdirilməsinə və bitkilərin inkişafına təsirinin öyrənilməsi üçün aparılan sınaq işləri uğurla davam edir.
Müxtəlif heyvanlardan götürülmüş peyin nümunələri etiketlənir, kompostun hazırlanması üçün əsas reagent seçilir, 30 %-lik məhlul hazırlanır. Məhlulun göstərilən norma əsasında nümunələrə əlavə edilməsi və mükəmməl qarışdırılması şərtdir. Vaxtaşırı nümunələr yenidən qarışdırılır və hermetik qabda saxlanılır.
Kompost hazırlandıqdan sonra seçilmiş yeni nümunədə olduğu kimi mikroskopik analiz aparılıb. Mikroskopik görüntüləmə zamanı kompostun tərkibinin saprofit aerob və anaerob bakteriyalarla çox zəngin olduğu müşahidə edilib. Bununla yanaşı, mühitdə bakteriyalarla yanaşı, xeyli miqdarda ibtidailərə və göbələk kaloniyalarına da rast gəlinib, müşahidə olunmuş hər bir mühit bitki və torpaq üçün simbioz mühitdən daha faydalı hesab olunur.
Aşağıdakı cədvəllərdə isə kompostun kimyəvi analizinin nəticələri və müxtəlif mühitdə qazların müqayisəli ölçülməsi – peyində qazların analiz göstəriciləri əks olunub:
Kompostun kimyəvi analizi
S.s.Göstəricilər
1 kq-da
Təzə mal peyinindəTəzə quş peyinindəKompost mal peyinindəKompost quş peyinində
1Su, %756060-6558
2Quru maddə, %254535-4042
3Azot, qr5,060,04,548,0
4Fosfor, qr1,248,02,345,0
5Kalium, qr3,426,06,824,0
6Kalsium, qr3,515,03,715,0
7Maqnezium, qr1,58,01,48,0
8PH6,77,27,58,2
 
 
Peyində qazların analiz göstəriciləri
S.s.Göstəricilər, 1 kq-daTəzə mal peyiniTəzə quş peyiniKompost mal peyiniKompost quş peyini
1NH(PPM)4,943,251,021,17
2CO2 (PPM)2132983928
3H2S (PPb)82,481,31,04
 
Kompostun tərkibi dəyərli mikroflora ilə çox zəngindir. Tərkibindəki bütün qidalı maddələr (üzvü birləşmələr və minerallar) bitkilərin asan və daha tez mənimsəyə biləcəyi hala gəlir. Bitkilərdə yaranan xəstəliklərin qarşısını alır, məhsul artımına əhəmiyyətli dərəcədə təsir edir.
Orqanik-mineral gübrənin torpağa və bitkilərə müsbət təsiri:
- Torpağın humus tərkibini zənginləşdirməklə onun məhsuldarlığını yüksəldir;
- Torpağın bioaktivliyini və humifikasiya prosesini yaxşılaşdırır;
- Torpağın mikflorasını aktivləşdirir;
- Torpağın su balansını və strukturunu yaxşılaşdırır;
- Ağır metallar və radionukleidləri əlaqələndirir;
- Torpağın özünübərpa prosesini sürətləndirir;
- Torpağın təkrar kultivasiya edilməsi üçün preparat kimi istifadə edilir;
- Bitkilərdə qidall maddələrin sovrulmasını yaxşılaşdırır;
- Maddələr mübadiləsini və fotosintezi sürətləndirir;
- Bitkilərin immun sistemini möhkəmləndirir;
- Kök sisteminin inkişafını gücləndirir;
- Fitoleksinlərin ifrazını stimullaşdırır;
- Bitki mənşəli məhsulların satış dəyərini yüksəldir.

Bununla yanaşı, orqanik-mieral gübrələr heyvan mənşəli tullantıların utilizasiya prosesində, bioloji aktiv yem əlavələrinə qatılmaqla heyvanlarda biostimullaşdırıcı kimi və s. sahələrdə geniş tətbiq edilir.
Orqanik gübrənin hazırlanması ilə bağlı yeni layihəyə start verilib Orqanik gübrənin hazırlanması ilə bağlı yeni layihəyə start verilib Orqanik gübrənin hazırlanması ilə bağlı yeni layihəyə start verilib


27-10-2021, 16:26 186

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964