Sumqayıtda sosial iş sahəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib

 Sumqayıt Dövlət Texniki Kollecinin ingilis dili müəllimi Aygül Kərimovanın təşəbbüsü ilə sosial iş sahəsinə həsr olunmuş xüsusi tədbir təşkil olunub. Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə müəllifi Aygül Kərimovaya və Rüfət İbrahimova məxsus sosial iş sahəsinə aid “Social work” adlı dərsliyin təqdimatı ilə yanaşı, sosial işçilərin peşə bayramı qeyd edilib və bu ixtisasın cəmiyyət üçün əhəmiyyəti geniş şəkildə izah olunub.

Tədbirin ssenarisi elə məhz “Social work” dərsliyindən ilhamlanaraq hazırlanıb. Bu yanaşma tədbirin həm elmi, həm də maarifləndirici məzmununun formalaşmasına mühüm töhfə verib.

Proqram çərçivəsində çıxış edən Sumqayıt Dövlət Texniki Kollecinin sosial iş ixtisası üzrə təhsil alan 713-9-24 qrupunun tələbələri müəllimlərinə tədbirin hazırlanmasında xüsusi dəstək olublar. Tələbələr sosial işin yalnız bir peşə deyil, eyni zamanda elmi istiqamət olduğunu vurğulayaraq bu sahənin cəmiyyətin həssas qrupları ilə işləməkdə mühüm rol oynadığını bildiriblər. Çıxışlarda sosial işin humanizm, sosial ədalət və insan hüquqları kimi prinsiplərə əsaslandığı xüsusi qeyd olunub.

Tədbirin diqqət çəkən hissələrindən biri müəllimləri Aygül Kərimovanın rəhbərliyi ilə hazırlanan və tələbələri tərəfindən canlandırılan səhnəcik olub. Həmin səhnəcikdə sosial işçi ilə psixoloqun yanaşma tərzləri arasındakı fərqlər nümayiş etdirilib. Tamaşa vasitəsilə göstərilib ki, psixoloq daha çox fərdin psixoloji vəziyyətinə fokuslanır, sosial işçi isə problemin sosial mühit, ailə və cəmiyyətlə bağlı tərəflərini də nəzərə alaraq daha geniş və kompleks yanaşma nümayiş etdirir.

Tədbirdə müasir texnologiyaların tətbiqi də diqqətdən kənarda qalmayıb. Tələbələr tərəfindən süni intellektdən istifadə edilərək tədbirin məğzinə uyğun musiqi hazırlanıb və səsləndirilib. Həmin musiqi əsasında süni intellekt vasitəsilə hazırlanmış rəqs təqdim olunub. Bu təqdimat tələbələrin yeniliklərə açıq olduğunu və müasir texnologiyalarla yaradıcılığı birləşdirərək maraqlı layihələr ərsəyə gətirdiyini nümayiş etdirib.

Tədbirin hazırlanmasında müəllimlərinin əməyi xüsusi qeyd olunub. Proqramın hər detalı böyük diqqət və incəliklə planlaşdırılıb ki, bu da tədbirin yüksək səviyyədə təşkilinə şərait yaradıb.

Tədbirdə həmin kollecin müdiri Əsəd Qurbanov,Şöbə müdiri Samiddin Qasımov və bir neçə müəllim kollektivi iştirak edib. Tədbirdə iştirak edən qonaqlardan biri – psixoloq jurnalist Fəridə Musəvi çıxış edərək sosial iş sahəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb, tələbələrin hazırladığı proqramı yüksək qiymətləndirib və onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Onun səsləndirdiyi dəyərli fikirlər tədbirin ideyasını daha da gücləndirib.

Qeyd edək ki, tədbir bu ixtisasa marağın artırılması və tələbələrin peşəkar düşüncə tərzinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

 

 

 

 


18-03-2026, 19:42 124

Digər xəbərlər

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Bu gün, 15:57
Bu gün, 15:53
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
1 2 3 4 5 6 7 8 9 10 ... 1059